Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaraciyəri sıradan çıxaran amillər

Qaraciyərdə sinir ucları yoxdur və bu səbəbdən qaraciyərdə hətta dağılma prosesləri gedəndə insan heç bir ağrı hiss etmir

Məhz bu səbəbdən bir çox hallarda qaraciyər xəstəlikləri gecikmiş mərhələlərdə aşkar olunur. Hələ dahi İbn Sina qaraciyərin bu xüsusiyyətini bilirdi və qaraciyəri ziyanlı təsirlərdən daim qorumağı tövsiyə edirdi.

Qaraciyərin özü özünü bərpa etmək qabiliyyəti güclü olsa da bəzi amillər var ki, onlar qaraciyərin sağlamlığına çox ciddi ziyan vurur, qaraciyəri məhv edir. Bu amillər hansılardır?

1. Spirtli içkilər

Bəzən eşitmək olur ki, spirtli içkilərin az miqdarda (20-40 qr) qəbulu insan orqanizmi üçün ziyansız sayıla bilər. Bu belə deyil. Qaraciyər üçün spirtli içkinin hətta 1 damcısı belə zəhərdir.

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, belə içkilərin tərkibində olan etanol qaraciyərin hüceyrələrinə məhvedici təsir göstərir.

2.Dərmanlar

Son zamanlar dərmanların qəbulu nəticəsində qaraciyərin zədələnməsi halları artmaqdadır. İnsanlar müstəqil şəkildə, həkimlə məsləhətləşmədən müxtəlif ağrıkəsici preparatları, vitamin kompleksləri, qida əlavələri, otlar və s. qəbul edir. Lakin hətta belə "ziyansız" vasitələrdən sui-istifadə qaraciyərin zədələnməsinə gətirib çıxarda bilər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

3. Virus hepatitləri

Virus hepatitləri qaraciyər xəstəliklərin, o cümlədən qaraciyər sirrozu və xərçənginin əsas səbəbidir.

Bu viruslar əsasən qan vasitəsilə (cərrahi əməliyyat, dişlərin müalicəsi, qanköçürmə və s.) bir insandan digərinə keçir.

4. Sağlam olmayan qidalanma

Qidalanmada yağlı, qızardılmış, hisə verilmiş qidaların, şəkərin, şirniyyatların, trans-yağların (marqarin və s.) həddindən artıq çox olması qaraciyərin sağlamlığı üçün olduqca ziyanldır.

5. Uzunmüddətli ağır streslər

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar