Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ailə həkimi institutu yaradılacaq? 

Ölkədə ailə həkimi institutunun yaradılması yenidən gündəmə gəlib

Deputat Kamilə Əliyeva "Ailə həkimi haqqında" Qanuna ehtiyac duyulduğunu və bunun, cəmiyyətin sosial sifarişi olduğunu vurğulayıb.

Xatırladaq ki, illər öncə də bu məsələ həm ictimaiyyət, həm də parlamentdə müzakirə mövzusu olub. Əksəriyyət belə bir qanunun qəbul olmasını vacib və əhəmiyyətli hesab edir. Çünki dünyanın əksər aparıcı ölkələrində ailə həkimləri və onların statusunu tənzilmləyəcək qanunvericilik bazası var. Deputatın sözlərinə görə,

Azərbaycanda da ailə həkimləri olarsa, bu, bir çox xəstəliklərin vaxtında müalicəsində, xəstəlik və xəstələrin sayının azalmasında, onların sağlamlıqlarına qovuşmasında böyük rol oynayar.

Maraqlıdır, Milli Məclisin payız sessiyasında sözügedən məsələnin müzakirəsinə yer veriləcəkmi?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Cebhe.info-ya açıqlamasında hazırda parlamentin tətildə olduğunu deyib. O qeyd edib ki, ümumiyyətlə, Milli Məclisin payız sessiyasında gündəliyə qoyulacaq məsələlərdən xəbərsizdir və bu barədə yalnız parlament öz işinə başlayandan sonra danışa bilər.

Onu da bildirək ki, Məlahət İbrahimqızı deputat kimi də məsələyə münasibət bildirmək istəməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar