Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrüyün dəyişən üzü və dəyişməyən qaydaları... II Yazı

Dövlət Gömrük Komitəsində elan olunmiş kotirovka sorğularında hansı şirkətlərin iştirak etdiyi barədə ictimaiyyətə heç bir məlumat verilmir. Bu gizlilik istər –istəməz şübhələrə əsas verir.

Səfər Mehdiyevin Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinə sədr təyin olunmasından 100 gün ötüb .Bir qayda olaraq 100 gün bütün dünyada kadrların özünü təsdiq etməsi və qarşəya qoyulan vəzifələrin icrasının yürüdülməsi üçün kifayət hesab olunan vaxt kəsimi hesab olunur. O baxımdan ötən 100 gün müddətində Azərbaycanın ən problemli sahələrindən biri olan və iqtisadiyatda, o cümlədən daxili bazarda inhisarçılığın formalaşmasında birbaşa iştirak edən Dövlət Gömrük Komitəsində bu günə qədər nəyin dəyişməsi cəmiyyətdə ciddi maraq doğurur.

12 il müddətində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Səfər Mehdiyev təbii ki, gömrükdə baş verənləri “ovcunun içi kimi bilir”. Lakin buna baxmayaraq Dövlət Gömrük Komitəsinin yeni sədrinin ölkə iqtisdiyyatını iflic edən neqativləri və çox saylı problemlərin həlli üçün heç bir görünən addımları atmaması heç də bir mənalı qarşılanmır və yeni sədrin sələfi kimi qurumu kütləvi korrupsiyaya bağlı olan problemlərin üzərindən yönəltməyə cəhd eləməsi görünməkdədir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Xatırladaq ki, ötən yazımızda Dövlət Gömrük Komitəsinə yeni sədrin təyin olunmasından sonra həmin dövlət qurumunda müsbətə doğru hər hansı bir ciddi dəyişikliklərin baş vermədiyini yazmış və qeyd etmişdik ki, vəziyyət əvvəlki sədrin dövründəkindən fərqlənmir, əvvəlki neqativlər hələ də qalır. Misal kimi, müsadirə olunmuş malların hərraca çıxarılması prosesində qeyri-şəffaflıqdan söz açmışdır. Qeyd etmişdik ki, guya şəffaflığın təmin edilməsi üçün DGK-nın rəsmi veb saytında hərraca çıxarılmış alkaqollu içkilərin və sirqaetlərin adları, sayı, qiyməti dərc olunsa da bu həmin malların hərraca hansı tarxidə çıxarıldığı və nə zaman satıldığı, ümumiyyətlə nə qədərinin satılması barədə məlumata rast gəlinmir.

Bunu da oxuyun: Gömrüyün dəyişən üzü və dəyişməyən qaydaları... I Yazı

Lakin Səfər Mehdiyevin rəhbərlik etdiyi DGK-nın rəsmi veb saytında qurumun fəaliyyətindəki qeyri-şəffaflıq təkcə müsadirə olunmuş malların hərracı ilə bağlı deyil. DGK-nin elan etdiyi kotirovka və tenderlərdə ciddi qeyri-şıffaflıq və qeyri-müəyyənliklə qarşı-qarşıyayıq. Belə ki, elan olunmiş kotirovka sorğularında hansı şirkətlərin iştirak etdiyi barədə ictimaiyyətə heç bir məlumat verilmir. Bu gizlilik istər –istəməz şübhələrə əsas verir. Əgər Dövlət Gömrük Komitəsi kotirovka sorğularını tam qanuni, ədalətli və şəffaf keçirirsə, o zaman həmin kotirovka sorğularında iştirak etmiş fiziki, yaxud hüquqi şxslərin adını açıqlamalıdır. “Dövlət satınalmaları haqqında” Qanunun və Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimatın tələbinə görə, kotirovka sorğusunun təşkili üçün tender komissiyası kotirovka sorğusunun şərtlərini təsdiq edərək əməli cəhətdən məqsədəuyğun sayda, üçdən az olmamaq şərti ilə potensial imkanı olan iştirakçı müəyyən etməlidir. Əlbəttə, Səfər müllimin təşkil etdiyi tenderk komissiyası bu podratçıları müəyyən edir, lakin adını açıqlamır. Görəsən, niyə?

Əgər kotirovkalar həqiqətən doğru-düzgün aparılırsa, qanunlar pozulmursa, müsabiqə və seçim ədalətli keçirilirsə, niyə Komitə iştirakçıların adının açıqlanmasını istəmir? Axı onların satınalma üçün xərclədikləri dövlət vəsaiti büdcədən ayrılır və dövlət budcəsinin formalaşmasını təmin edən vətəndaşın haqqıdır ki, məmurların həmin vəsaitləri necə və hansı formada xərcləmələrindən məlumatlı olsun.

Qeyd edək ki, satınalmalar sahəsində problemlər beynəlxaq reytinq və hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşmasına da ciddi mane olur. Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrama İndeksi”ndə də məhz qeyri-şəffaf satınalmalar üzündən ölkəmiz birabırçı yerlərdə qərarlaşır. Məhz bu cür qeyri-şəffaflıqlar nəticəsində dövlət başçısının ölkənin korrupsiya girdabından çıxarılması üçün sərf etdiyi əmək zay olur.

Ardı var...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar