Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölüxana” adı alan 3 saylı Şəhər Klinik Xəstəxanası və rəzil səhiyyəmiz – İttiham

Tanınmış jurnalist Esmira Cavadova özünün facebook səhifəsində şəxsən qarşılaşdığı bir olayı qələmə alıb

PİA.AZ ölkə səhiyyəsinin rəzil durumunu ifadə edən həmin olayı cumhuriyyet.az-a istinadən olduğu kimi diqqətinizə çatdırır:

3 gün əvvəl gündüz saatlarında atamın boğazından qəfil qan fışqırdı, xeyli qan itirdi. Təcli yardım gəldi, qanı kəsmək üçün iynə vurdu. Qan dayandı və həkim atamı xəstəxanaya götürməyi təklif etdi. Ancaq biləndə ki, atamı Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına götürmək istəyirlər, ailəlikcə etiraz etdik. Səbəb bəlli idi.  

Həmin xəstəxanada dəfələrlə yaxın insanların baxımsızlıqdan dünyasını dəyişməsinin şahidi olmuşduq (it dişləməsi ilə aparılan bir tanış sahibi vaxtında gəlib çıxmadığı üçün vaksin vurulmaması üzündən ölüb, başqa bir tanışımız avtoqəzada yaralanıb və həmin xəstəxanaya götürülüb, eyni səbəbdən həkimlər yaxın durmayıb və qanitirmədən ölüb). Təbii ki, xəstəmizin o xəstəxanaya götürülməsini istəmirdik. Onun “Semaşko”ya aparılmasını istəyirdik. Həkimlərsə ərazi üzrə yalnız 3 saylı Şəhər Klinik Xəstəxanasına apara biləcəklərini deyib dururdular.

Ailəmizə imtina ərizəsi yazdırıb getdilər, iki saatdan sonra yenə gəldilər, atamın vəziyyəti ilə maraqlandılar, yenə eyni xəstəxanaya götürməyi təklif etdilər, yenə razılaşmadıq, yenə imtina ərizəsi alıb getdilər. Dünən axşam saatlarında eyni vəziyyət təkrarlandı, bu dəfə atam daha çox qan itirdi və növbəti dəfə təcili yardıma zəng vurduq, çox gec gəldilər. Qanı durdurmaq üçün iynə vurub yenə eyni xəstəxanaya aparmaq istədiklərini bildirdilər. Ailə üzvlərimiz və atam istəmədi, həkim ərazimiz üzrə Təcili Tibb Yardım Stansiyası ilə əlaqə saxladı, vəziyyəti dedi, həkimə dedilər ki, başqa yerə aparmayın, istəmirlərsə, imtina ərizələrini alın, cıxın gəlin. Bu dəfə dedim, imkan verin, aparsınlar, görək axırı necə olur. Atamı təcili yardım maşınına qoydular, biz də şəxsi maşınımızla arxalarıyca getdik. Təcili yardım həkimləri atamı xəstəxananın cərrahiyə şöbəsinin qəbul şöbəsinə gətirdilər. Burada növbətçi həkimlər daş atıb başlarını tutdular ki, bu, bizim xəstə deyil, bura nahaq gətirmisiz, aparın terapiya şöbəsinə. Təzədən təcili yardım maşınına mindirdilər, bu dəfə terapiya şöbəsinə gətirdilər, buradakı növbətci həkimlər də “bizlik deyil” deyib, xəstəni qəbul etməkdən imtina etdilər. Səs-küy yarandı, təcili yardım həkimləri tələb etdilər ki, gətirdikləri xəstəni qəbul etsinlər, sənədi imzalasınlar, xəstə ortada qalıb. Növbətçi həkimlər “qan qusursa, bunu məsələn, Buzovnadakı 7 saylı Vərəm Dispanserinə aparın” deyirdilər. Halbuki, xəstə müayinə olunmayıb, səbəb aşkar edilməyib və sadəcə, növbətçi həkimin “ağlına” belə gəlib: vərəm ola bilər.
Bir xeyli mübahisədən sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı ilə əlaqə saxladım, telefonu növbətçi həkimlərdən birinə uzatdım, bu dəfə həkim qızıl-qırmızı, gözümüzün içinə baxa-baxa yalan danışdı. Guya o, xəstəni cərrahiyə şöbəsinə qaytarmağı məsləhət görüb və guya biz razılaşmırıq. Təsəvvür edirsiz, altı adamın üzünə-gözünə baxa-baxa yalan danışır və bunu çox rahat edir. Nə isə ki, xəstəni yenə təcili tibbi yardım maşınına qoyub cərrahiyyə şöbəsinə qaytarırlar. Bu dəfə yenə buradakı növbətçi həkim “axı bu xəstənin yeri bura deyil”, deyib bizə məsləhət görür ki, Ağciyər İnstitutuna aparaq, qanaxma ağciyərlə əlaqəli ola bilər. Çevrilib təcili yardım həkimlərindən soruşuram: xəstə buralıq deyilsə, bura niyə gətirdiz? Kişi çiyinlərini çəkir və deyir: Bizə ərazi üzrə xəstələri yalnız bu xəstəxanaya gətirməyi tapşırıblar, biz kimik ki?..”

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Nəhayət, şöbənin növbətçi həkiminə tapşırıq gəlir ki, xəstəni reanimasiyaya qəbul eləsin. Bu dəfə növbətçi həkimdən soruşuram: Sizə aid xəstə deyilsə, niyə qəbul edirsiz? Təcili yardım maşınıyla göndərin aidiyyəti üzrə xəstəxanaya… O da çiyinlərini çəkir və deyir: heç olmasa reanimasiyada qanaxma baş versə, iynə vurulacaq, qarşısı alınacaq, səhər də mütləq Ağciyər İnstitutuna aparın, xəstə buralıq deyil. Ağciyər İnstitutunda bir gün əvvəl atam özü olub və ağciyərində problem aşkar edilməyib. Nəticə yazılan vərəqəni həkimə uzadıram, deyir, bu, rentgenin nəticəsidir, düz göstərməyə də bilər, aparın, kompüterə saldırın, o dəqiq göstərir. Soruşuram: niyə təcili yardım aparmır? Deyir, özlərindən soruşun. Çevrilib yenə təcili yardım həkimlərinə müraciət edirəm: Xəstəni niyə birbaşa Ağciyər İnstitutuna aparmırsınız? Yenə çiyinlərini çəkir, deyir, bizlik deyil. Atamı reanimasiyaya bir gecəlik yatırmaqdan imtina edirik. Zatən, qanaxma olanda həmin iynəni özümüz də vururuq və qanaxma müvəqqəti kəsir. O üzdən götürüb evə gəldik, gecəni də özümüz iynə vurub qanaxmanın qarşısını aldıq. 2 saat ərzində 3 saylı Şəhər Klinik Xəstəxanası xəstəyə və yaxınlarına əsəb, gərginlik yaşatdı.

İndi bildiniz ki, o xəstəxanaya niyə ölüxana deyirlər? Kim yatıb, yuxuda nə görüb belə bir qərar verib ki, xəstə yalnız ərazi üzrə xəstəxanaya aparılmalıdır?.. Seçimi niyə xəstəyə buraxmırlar? Əgər ərazi üzrə təyin etdikləri xəstəxanada bu xəstəni müayinə və müalicə etmək imkanları yoxdursa, xəstəni niyə məhz həmin xəstəxanaya aparırlar? Ortada vaxt itkisi, insan həyatı… Xəstəxana həkimləri qanaxmayla qapısına gələn xəstəni qəbul etməkdən imtina edir, təsəvvür edirsiz? Xəstəxana təklif edir ki, xəstəni yalnız bir gecəlik qanaxmasını kəsmək üçün reanimasiya şöbəsində saxlaya bilər, səhər özü başının çarəsinə baxsın. Təsəvvür edirsiz, xəstə müayinə olunmamış, qanaxmanın səbəbi tapılmamış, şöbədə oturub tum çırtlayan növbətçi həkimin biri deyir, ağciyərdən ola bilər, xəstəni Ağciyər İnstitutuna aparın, o biri deyir, qara ciyərdən ola bilər, Vərəm Dispanserinə aparın)))) Sabah baş verənlərlə bağlı səhiyyə nazirinə müraciət edəcəm, sonra da hüquqşünaslarla məsləhətləşib hüquqi addımlar atacam. Həmkarlarımdansa məsələni diqqətdə saxlamalarını xahiş edirəm. Bu, təkcə bir xəstənin problemi deyil, hər gün neçə-neçə xəstənin kitabını belə bağlayırlar. Saatlarla qəbul şöbələrində ləngidib axırlarına çıxırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar