Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistana ayırdığı 100 milyon dollar krediti ləğv edir?

Nazir müavini medianın yazdığına cavab verdi

“Kommersant” qəzetinin Rusiyadan Ermənistana 100 milyon dollarlıq kreditin sual altında olmasıyla bağlı yazdığı “korrekt deyil””.

Bunu bu gün – avqustun 3-də Dilicanda Rusiya müdafiə nazirinin müavini, general polkovnik Aleksandr Fomin “Azadlıq” radiosunun erməni xidmətinin sualına cavabında deyib.

“Bu, korrekt informasiya deyil, bunu təsdiqləmirəm”, – rusiyalı general bildirib. Kreditlə bağlı hansı informasiyaya malik olmasına dair suala cavabında Fomin deyib ki, “hər şey işləyir”.

KTMT-nin baş katibi Yuri Xaçaturovun ətrafındakı duruma gəlincə, Rusiya müdafiə nazirinin müavini söyləyib: “Ermənistan Respublikası ədalət mühakiməsini gerçəkləşdirir. Bununla bağlı şərhim yoxdur”.

Xatırladaq ki, Rusiyanın məşhur “Kommersant” qəzeti dövlət strukturlarındakı mənbələrə istinadla yazmışdı ki, Ermənistana 100 milyon dollarlıq silah verməsi sual altındadır. Qəzetin yazdığına görə, Ermənistanın indiki hakimiyyətinin keçmiş liderləri təqib etməsi, özəlliklə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb olunması Kremli qəzəbləndirib. Moskva sonuncu insidenti hərbi blokun imicinə ciddi zərbə sayır və KTMT-yə digər ölkə təmsilçisinin rəhbərlik edəcəyini istisna etmir.

Ermənistan XİN artıq Moskvanın tənqidinə cavab verib. Qurumun sözçüsü Tiqran Balayan deyib: “Ermənistanda daxili proseslərə beynəlxalq reaksiya izlənir və bu proseslər hüquqi dövlət, müstəqil məhkəmə qurulmasına, korrupsiyayla mübarizəyə söykənir. Ölkənin xarici siyasət prioritetləri Ermənistan-Rusiya münasibətlərinin daha da dərinləşdirilməsini, KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı əməkdaşlığın səmərəsinin artırılmasını hədəfləyir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İyulun 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda son baş verənlərin narahatlıq yaratdığını demişdi. Onun fikrincə, bütün bunlar “yeni rəhbərlərin sələflərini siyasi motivlərlə təqib etməyəcəyinə dair bəyanatları ilə uzlaşmır”.(Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar