Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senatorlar Rusiyanın “başına” zərbə endirməyi təklif edirlər

Putinə və komandasına qarşı görünməmiş təzyiq hazırlanır

Hər iki partiyanı təmsil edən ABŞ senatorlarından ibarət nüfuzlu qrup “Amerikanın təhlükəsizliyini Kremldən müdafiə edən” tədbirlər paketi təqdim edib. Bu tədbirlərə Rusiyaya qarşı yeni maliyyə sanksiyaları və NATO-ya “güclü dəstək bəyanatı” daxildir.

Avqustun 2-də təqdim olunmuş qanun layihəsi RusiyaABŞ seçkisinə müdaxilə etdiyinə, Ukraynadakı təcavüzünə və başqa “ziyanlı” fəaliyyətlərinə görə cəzalandıran azı dördüncü qanunvericilik aktıdır.

Respubliklakçı senator Lindsey Graham qanun layihəsini təqdim edərkən deyib ki, hazırkı sanksiyalar Rusiyanı qarşıdan gələn 2018-ci il mövsümarası seçkilərinə müdaxilədən çəkindirə bilməyib.

Graham deyib: “Bizim məqsədimiz satus kvonu dəyişdirmək və Putin Rusiyası, ABŞ-ın seçki sisteminə müdaxiləsini, ABŞ infrastrukturlarına haker hücumlarını dayandırana, qoşunlarını Ukraynadan çəkənə və Suriyada xaos yaradan hərəkətlərinə son qoyanadək Moskva üzərinə əzici sanksiyaların və başqa tədbirlərin tətbiqidir”.

Senatorların yaydığı bəyanata görə yeni sanksiyalar birbaşa və dolayısı ilə Vladimir Putinin adından qanunsuz və korrupsiya əməlləri ilə məşğul olan siyasi fiqurları, oliqarxları, onların ailə üzvlərini və başqa şəxsləri hədəfləyəcək. Yeni qanun habelə Putinin şəxsi sərvətinin şəbəkəsi və məbləği barədə hesabatın hazırlanmasını nəzərdə tutur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

ABŞ prezidenti ötən ay Helsinkidə Vladimir Putinlə sammitdəki davranışına görə kəskin tənqid olunurdu. Onu görüş zamanı Rusiyanın seçki müdaxiləsi və başqa qlobal məsələləri qaldırmamaqda günahlandırırdılar.

Həmin sammitdən bəri demokratlar və respublikaçılar Rusiyaya qarşı yeni tədbirlərin görülməsinə çağırırdılar.

Graham və demokrat senator Robert Menendez iyulun 24-də verdikləri birgə bəyanatda bildirmişdilər:

“Vladimir Putin xaricdə və daxildə Amerikanın qüdrətinə, nüfuz və təhlükəsizlik maraqlarına meydan oxumaq niyyətini açıq şəkildə bildirdiyinə görə Birləşmiş Ştatlar tamamilə aydın şəkildə bildirməlidir ki, “biz öz ölkəmizi müdafiə edəcək və onun Qərb demokratiyasını sarsıtmaq səylərinin dəf olunmasında tərəddüd etməyəcəyik…”

Sözü gedən qanun layihəsini avqustun 2-də Graham və Menendezlə yanaşı, həm də demokratlar Ben Kardin və Cenne Şahin, habelə respublikaçılar Cory Gardner və Con Makkeyn təqdim ediblər.

Amerika Təhlükəsizliyinin Kremlin Təcavüzündən Müdafiəsi (Defending American Security from Kremlin Aggression Act of 2018) 2018 adlı qanun Rusiya üzərinə iqtisadi, siyasi və diplomatik təzyiqlərin artırılmasını nəzrdə tutur. Senatorlar bildiriblər ki, Konqresin Rusiyaya qarşı sərt tədbirlər barədə qanunu böyük səs çoxluğu ilə dəstəklədiyi halda, təəssüf ki, administrasiya onun icrasını tam olaraq həyata keçirməyib.

 

Qanun layihəsində habelə NATO-ya “güclü dəstək” bildirilir. Layihədə ABŞ-ın alyansı tərk etməsi üçün bu qərarın Senatın üçdə ikisinin səsi ilə qəbul edilməsini tələb edən maddənin əlavə olunması nəzərdə tutulur.

Bir çox ABŞ siyasi və hərbi rəsmiləri xarici müttəfiqlərlə yanaşı Trapın NATO-ya münasibətdə tutduğu sərt mövqeyi tənqid edirlər. Bu qanun habelə ABŞ-ın qanunsuz kiberfəaliyyətlərə qarşı müdafiəsini gücləndirməli və ABŞ seçki sisteminin təhlükəsizliyinin təmin olunmasına imkan verməlidir.

“Azadlıq” radiosu yazır ki, qanun layihəsinin indiki şəkildə Senat və Nümayəndələr Palatasından keçib-keçməyəcəyi bilinmir. Buna baxmayaraq Senat əvvəllər Rusiyaya qarşı sərt tədbirləri ehtiva edən layihələri böyük səs çoxluğu ilə qəbul edib.

Ağ Ev təqdim olunmuş qanun layihəsinə hələlik münasibət bildirməyib.

(Azadlıq radiosu)

pia.az


Etiket: Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar