Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kölgə prezident” Mayk Pens: O, 10 il Ağ Evin sahibi ola bilər

Frank Bruni “The New York Times”

Donald Trampın impiçmenti ilə bağlı problemlər var. Mələklərin qanadları ilə Yerə enəcək böyük, müqəddəs terror qorxusu. Bu, Maykl Pens olacaq, düşünüləndən daha böyük patron. O da özünə vurğundur. Fanatikdir. Yalançıdır. Zalımdır.

Sözügedən Trampın həqiqətən malik olmadığı keyfiyyətlərə iki əlavə: Tanrı missiyasını icra etmə əminliyi və bütün milləti öz imanı şəklində, xristianlığın repressiv versiyasında formalaşdırmaq qərarlılığı.

Tramp üçün – ticarət, Pensdə – kleptokratiyadan teokratiyaya keçid.

Bu sətirlər bundan əvvəl “Tramp haqqında həqiqət” kitabını yazmış jurnalistlər Maykl D`Antonio və Peter Aysnerin kitabından götürülüb. Kitab “Kölgə prezidenti: Mayk Pens haqqında həqiqət” adlanır və avqustun 28-də yayımlanacaq və o bu günə qədər vitse-prezidentin tarixçəsinin ən yaxşı araşdırmasıdır.

D’Antonio ilə müsahibə sayəsində həmin nəşri əvvəlcədən nəzərdən keçirdim və ölçülü rəyə malik olduğum halda, Pensin canavar portreti ilə tanış ola bildim. Onun bəzi sərt cizgilərini əvvəllər də görmüşdüm, amma bu qədər canlı və təfərrüatlı yox.

Kitab Kox qardaşları, Betsi DeVos və digər zəngin respublikaçı donorlara qədər Pensin necə nüfuzsuz bir konqresmen olduğunu aydın şəkildə təsvir edir; İndiana ştatının qubernatoru olduğu bir dövrdə o sanki “bəzəklə işlənmiş paltarlar” geyinib. Yenidən İndian qubernatoru postuna qalib gəlməyəcəyinin güclü bir ehtimalı yaranarkən, qəhrəmanımız Trampın çağırışlarına hay verib; zahirən həlim, çox dindar adam onun günahlarını yumaq üçün lazım idi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Pensin fikrincə, onun dilindən çıxan hər iti kəlmə ilahi bəyandır. Tanrı istəmədiyi təqdirdə, Tramp – prezident, Pens – vitse-prezident olmayacaqdı. Onun təqdiri ilə Oval Offisə yol açılıb, bu, Tanrının böyük planıdır.

D’Antonio deyir: “İnsanlar Pensin kim olduğunu anlamırlar. O, dindar-fanatikdir”. D’Antonionun fikrincə, Pens Ağ Evə, düşünüləndən daha erkən sahib ola bilər. Trampın impiçment perspektivi nəzərə alınmadan. Sadəcə Tramp iqtidarının kifayət qədər olduğuna qərar verər.

Həmmüəllif D’Antonio deyir: “Mən onun Bill Klinton kimi siyasi cəhətdən möhkəm, səbatlı olduğunu düşünmürəm. O, partizan döyüşünü sevmir. Yalnız onu sevən insanların mitinqlərinə gedir”.

Buna görə də Pensə daha diqqətlə baxmaq lazımdır. “Kölgə prezidenti”də yazılana görə, o, siqaretin xərçəngə səbəb olduğuna inanmır və iqlim dəyişikliyi ilə əlaqədar həyəcan siqnallarının “hökumətin insanların həyatına nəzarəti gücləndirilməsinə dair gizli səylərin idarəedilməz şeytani məqsəd” sayır.

O, afro-amerikalılara zülm etməyi təklif edir. Qubernator olarkən, Pens cinayət törətmədiyi açıq-aydın olan və həbsxanada ömrünün təxminən on ilini keçirmiş zəncini əfv etmə təklifini rədd edib. Həmçinin, Miçiqan ştatındakı Flint şəhərində baş verənlərə bənzər böhranı həll etməyib. Halbuki İndiana şəhərində kasıb, əsasən qaradərililərin yaşadığı insanlar məhəllədə hər gün təhlükəyə məruz qalıb.

D’Antonio deyir ki: “Məncə, o da, Tramp kimi mövhumatçıdır”.

Seçkilərdə Tim Keynlə vitse-prezident müzakirəsi zamanı Pens, Trampın “audit başa çatdıqdan sonra” vergi bəyannamələrini açıqlaması barədə gülməli söz işlədib və Trampın Vladimir Putinin rəhbərliyini tərifləməməyini iddia edib, halbuki videoyazı əks-iddianı təsdiqləyirdi.

Kitabda deyilir ki, 2016-cı ilin seçkilərinə Rusiyanın müdaxiləsi ilə əlaqədar yüksək səviyyəli bir brifinqdə kəşfiyyat səlahiyyətliləri Pensə bu müdaxilənin nəticələri hələ təyin etmədiklərini bildirib. Amma sonradan Pens açıq şəkildə heç bir təsirin olmadığını iddia edib.

Trampın çağırışı və vergiödəyicisilərin pulu ilə o və xanımı Karen təyyarə ilə İndianapolisdə keçirilən futbol oyununa baxmağa yollanıb…

DeVos üçün Pensə təşəkkür edə bilərsiniz. Onlar uzun zamandır müttəfiqlərdirlər – onilliklər davam edən ittifaq. Pens onu təhsil naziri olaraq təsdiq etmək üçün şəxsən Senatdakı müzakirələrə qatılıb. Tarixdə ilk dəfə vitse-prezident hökumət üzvlüyünə namizəd irəli sürüb.

Aborta qarşı çıxan Pens bir dəfə bunu “əslində, ölümlə cəzalandırıla biləcək cinayət” adlandırıb. O, “mavilər”lə mübarizə üçün federal fondlardan vəsait xərclənməsini də dəstəkləyib. Pens eynicinslilərin nikahını qadağan edən konstitusiya dəyişikliyini təşviq edir.

D’Antonio deyir: “Pens öz əxlaqi baxışının dövlət siyasətinə əks olunması vacibliyinə mütləq şəkildə inanır”. Müəlliflərin qələmə aldığı bir hadisə: Pensin bir kollec dostu daha sonralar “gey” olduğunu etiraf edib. Pens yoldaşına deyib: “Sən tualetdən çıxmamalısan, sənə kömək etməliyik, xəstəsən və biz artıq dost deyilik”.

D’Antonio’nun kitabına görə, Pens özünü və xristian döyüşçülərini müqəddəs, lakin məzlum bir qrup olaraq görür və onun gələcək ümidinə əsasən, seçilmiş insanlar kimi, mühafizəkar yevangelistlər, düşmənlərini məğlub edəcək və xristian ümmət yaradacaqlar”.

Mən D’Antoniodan soruşdum: Amerika Tramp və ya Penslə pisləşəcək?

Cavab: “Donald Trampa üstünlük verirəm, çünki Tram niyyətində daha aydındır”.

Sonra D’Antonio qeyd etdi ki, əgər Pens Trampın prezidentliyinin ilk dövrünün ikinci yarısında iqtidar sahibi olarsa, 2020 və 2024-cü ildə namizədliyini irəli sürmək haqqı qazanacaq və potensial olaraq 10 il Ağ Evə sahiblik edəcək”.

“İlahi iradə ilə”.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar