Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılov öldürüb, ya yox?

Beləliklə, Telman İsmayılovun qardaşı Rafiqə qarşı tamamilə ağlasığmaz və əsassız ittiham irəli sürülür

İstintaq cinayətin çox qəribə motivini – Rafiq İsmayılovun hələ 2008-ci ildə mülkiyyət hüquqlarını itirdiyi ticarət mərkəzinin satışını müəyyənləşdirir.

İstintaq dövründə qəribə metamorfozlar baş verir. İstintaq tədricən işə sifariş xarakteri verir və əsas hədəf kimi məşhur rusiyalı oliqarx Telman İsmayılovu seçir.

Əliyevin yeni dönüşü

İş baxılmaq üçün Rusiya İstintaq Komitəsinin Xüsusi əhəmiyyətli işlərin istintaqı üzrə Birinci istintaq idarəsinin Moskva vilayəti üzrə üçüncü istintaq şöbəsinə verilir və bu idarəyə İ.A.Əliyev başçılıq edir. İlkin araşdırmanı müstəntiq İ.Popov aparır. Qəfildən cinayət işində yeni şahidlər peyda olur, əvvəlkilər isə gözlənilmədən “ayılırlar” və müstəntiqlərə lazım olan təfərrüatları və halları dilə gətirirlər ki, bunlar da tez-tələsik bir zəncir kimi ard-arda düzülür. Bütün ifadələr ona yönəldilir ki, Rafiq İsmayılova qarşı ittiham irəli sürülsün. 2011-ci ildə obyekti Savkindən almış Sadıqov qardaşları, sövdələşmədə iştirak etmiş şahid Rudenko, həmçinin zərərçəkmişlər, ələlxüsus Savkinin oğlu ifadələrini dəyişməyə başlayırlar.

Cinayət işinin səhifələrində pis və tez-tələsik görülmüş iş sezilir. Misal üçün, 26 avqust 2016-cı ildə şahid Rudenkonun və şahid Sokolovun (o da sövdələşmədə iştirak edib) ifadələri sanki eyni xətlə yazılıb. Onlarda hətta abzaslar da eynidir. Savkinin oğlunun 2016-cı ilin avqust ayının 17-də verdiyi ifadə isə sözün hərfi mənasında cinayət işinin materiallarından itib. Adi gözlə də görmək mümkündür ki, Savkinlə Rudenkonun da ifadələri həddən artıq oxşardır. Orfoqrafik və durğu işarələri səhvlərinə qədər.

16 mayda verdikləri ifadələrində Sokolov və Rudenko Rafiq İsmayılov barədə bir söz belə işlətməyiblər, lakin yeni şahidlərin gəlişi ilə orada Telman İsmayılovun qardaşına qarşı açıq ittihamlar səslənir.

İstintaq maddi sübutlar məhv edir

Aşkar məqsəd – bütün üsullarla Rafiq İsmayılovu həbs etmək məqsədi güdən və işi bu həmin məqsədə doğru yönəltmək arzusu ilə istintaq heç bir vasitədən və saxtalaşdırmadan çəkinmir. Bu cür səs-küylü işdə əsas maddi sübutlar məhv edilir!

2017-ci ilin mart ayında, cinayətin törədilməsindən az qala 10 ay sonra Savkinlə Brilyovun cəsədlərinin aşkarlandığı avtomobil yoxa çıxır. Bütün prosessual qaydaların ziddinə olaraq avtomobil həbs edilmir və ixtisaslaşdırılmış dayanacağa göndərilir. Brilyovun oğlu – Anatoli isə 2017-ci ilin mart ayında maşını dayanacaqdan götürür və üçüncü şəxsə satır. Satışa qədər A.Brilyov avtomobili təmir elətdirir və onda baş vermiş cinayətin izlərini aradan qaldırır, bununla da, vacib sübutları məhv edir.

Daha bir vacib maddi sübut yoxa çıxır – qətlə yetirilmiş Brilyovun ayfonu. Cinayət işinin materiallarına görə, müstəntiq Popov ayfonu Brilyovun oğluna verib, o isə sonradan telefondakı bütün məlumatları pozub.

Həbs edilmiş Rafiq İsmayılov Brilyovla Savkini qətlə yetirmiş Mehman Kərimovla və “Stroymarket №1”in son sahibi Salam Sadıqovla üzləşdirilməsini tələb edir. Sual olunur, nəyə görə istintaq orqanları ittiham olunan şəxs kimi İsmayılovun təməl hüquqlarını pozurlar? Üzləşdirmə zamanı nə üzə çıxa bilərdi? İstintaq bununla nəyi gizlətmək istəyirdi?

Telmanı tutun

Addımbaaddım istintaq özünün əsas qurbanına – “Çerkizovo”nun sahibi, oliqarx Telman İsmayılova – 2016-cı ilin sentyabrından həbsdə olan Rafiqin qardaşına yaxınlaşır. 2017-ci ilin martında maddi sübutların və cinayətin vacib izlərinin məhv edilməsindən sonra qətli həyata keçirmiş Mehman Kərimova bütün prosessual təzyiq metodlarından istifadə etdikdən sonra qəfildən 20 il əvvəlki cinayət işi yenilənir. Fırtınalı 90-ların Moskvasında kriminal aləmi təlatümə gətirmiş Niftullayevin, Lisnikin və Vorobyovun qətlinin yeni istintaqı başlayır. Və budur, 20 il sonra istintaq qərara gəlir ki, həmin üç qətli də Mehman Kərimov icra edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

2017-ci ilin mart ayının 15-də ifadə verən zaman müstəntiq qəflətən Mehman Kərimovdan Niftullayevin qətli barədə soruşur. Bundan əlavə, bir ay sonra Rafiq İsmayılovun həbs müddətinin artırılması ilə bağlı vəsatət verilərkən istintaq “açıqlayır” ki, Telman İsmayılovun Niftullayevin və digər iki şəxsin qətlində şübhəli bilinməsinə dair əsaslar var.

Getdikcə iş daha da böyüyür. Birdən-birə istintaq iki cinayət işini birləşdirir və indi Kərimov və Rafiq İsmayılov yalnız Savkinlə Brilyovun qətlində deyil, 20 il əvvəl öldürülmüş daha 3 nəfərin qətlində ittiham olunurlar!!! İstintaq əldə olunmuş “nailiyyətlər”lə kifayətlənmir və artıq 2017-ci ilin iyun ayının 28-də Kərimova qarşı Niftullayevin, Lisnikin və Vorobyovun qətli üzrə rəsmi ittiham irəli sürülür. Kərimov qəti şəkildə bu ittihamları rədd edir. Ona güclü təzyiq olunur, lakin Kərimov İsmayılovlara qarşı ifadə vermir.

Fəqət Kərimov anlayır ki, yeni ittiham ona ömürlük həbs cəzası bahasına başa gələ bilər. Və 2017-ci ilin avqust ayının 24-də bu qalmaqallı işin əsas fiqurantı təslim olur – bu dəfə Telman İsmayılovun özünə qarşı ifadə verir.

Kərimovun yeni ifadəsi təsəvvür gücünü vəcdə gətirir: sən demə, qətlə bir ay qalmış o, Telman və Rafiq İsmayılovların telefon danışığının şahidi olub. Bu söhbətdən o, belə qərara gəlib ki, Savkini öldürmək lazımdır. Həmin qətlin icrasına görə guya Rafiq İsmayılov ona 2 milyon dollar mükafat söz verib. Bundan başqa, Kərimova əmr edilir ki, Savkinin yanında olan bütün insanlar məhv edilsin.Əlavə olaraq, Kərimova Sadıqov qardaşlarının da qətli tapşırılır və ümumilikdə, bütün qətllərə görə 10 milyon dolar vəd olunur! Kərimov hətta müstəntiqlərə Rafiq İsmayılovla görüşdüyü yerləri də göstərir və elə orada guya Telman İsmayılovun özü ilə danışıbmış.

Birinci haşiyə

Rusiyanın istintaq orqanlarının ittihamı heç bir tənqidə davam gətirmir. Sual olunur, nəyə görə Rafiq və Telman İsmayılovlar Savkini ona 2 milyon dolları verməmək üçün öldürməyi sifariş versinlər ki, bu qətlə görə Mehmanın özünə 2 milyon vəd olunmuşdu? O zaman qardaşların bu işdən qazancı nə olacaqdı? Savkinə çatası 2 milyon dolları onun qətli üçün ödəmək? Hələ üstəlik sual olunur - guya 2 milyon dollara ehtiyacları olan İsmayılovların Sadıqovları öldürmək nəyinə lazım ola bilərdi? Hansı ki, onları aradan götürmək üçün 10 milyon dollar vəd etmişdilər? Və bütün bunlar dəyəri cəmi 5 milyon dollar olan ticarət mərkəzinə görə baş verirdi? 10 milyon dollar xərcləyəsən ki, dəyəri 5 milyon olan ticarət mərkəzini ələ keçirəsən? Burada məntiq hanı?

İfadəsini dəfələrlə dəyişən, üstəlik daha 3 nəfərin ölümündə ittiham edilən bir nəfərin dedikləri əsasında, sübut bazasına malik olmadan Rusiyanın siyasi və maliyyə elitasına daxil olmuş məşhur oliqarxa qarşı ittihamları necə irəli sürmək olar? Budur, hadisələrin sonrakı inkişafı rusiyalı müstəntiqlərin işinin niyə sifarişli xarakter daşımasının motivlərini açır.

Kərimovun üzərindən ittihamlar götürülür

Kərimov Telman İsmayılova qarşı yalan ifadələr verəndən dərhal sonra onun üzəridən Niftullayevin, Lisnikin və Vorobyovun qətli üzrə ittiham götürülüb. 9 oktyabr 2017-ci ildə Kərimova qarşı yeni ittihamlar irəli sürülür, cəmi iki ay sonra isə bu ittihamlar onun üzərindən götürülür!!! Kərimovu daha Niftullayevin, Lisnikin və Vorobyovun qətlində şübhəli bilmirlər. İstintaq Komitəsini bu cür fikrindən daşındırmağa nə vadar edib? Hansı arqumentlər Kərimovu xilas edir və onu müstəntiqlərin nəzərində təmizləyir, hansı ki, ittiham aktında bu qatili İsmayılov qardaşlarının şər əməllərinin qurbanı kimi qələmə verirlər? Əlbəttə, İstintaq Komitəsi Kərimovla məhkəməyə qədər sövdələşməyə girib.

Oktyabrın 19-da, Telman İsmayılova qarşı ifadə verən “Kərimov indulgensiyasından” 10 gün sonra müstəntiq Denis Gerasimov Telman İsmayılovun özünə qarşı ifadə verir. Tanınmış rusiyalı oliqarxı Savkinin və Brilyovun qətlində ittiham edirlər. İsmayılova qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 222 və 105-ci maddələri üzrə kifayət qədər ağır ittihamlar irəli sürürlər. Yeni interpretasiyaya əsasən, Rafiq İsmayılovun Savkin qarşısında 2 milyon dollar həcmində borc öhdəliyi olub. Və Kərimova həmin məbləğdə qonorar vəd edərək İsmayılov qardaşları Savkini öldürmək sifarişi veriblər.

İkinci haşiyə

Telman İsmayılova qarşı irəli sürülmüş ittihamlar nəinki toplanmış sübutlar əsasında təsdiqlənmir, eyni zamanda hüquqi məntiqə sığmır. Üstəlik, Rusiyanın cinayət-prosessual məcəlləsinə ziddir. Məcəllədə deyilir ki, şəxsə qarşı ancaq tutarlı sübutlar olarsa ittiham irəli sürülə bilər.

Bundan əlavə, ittiham ancaq cinayət hadisəsinin təsviri, vaxtın və yerin göstərilməsi, cinayətin baş verdiyi yer və digər mühüm məqamlar təsvir ediləndən sonra irəli sürülə bilər. Hüquq normasının bu imperativliyi Rusiya Federasiyasının Cinayət-prosessual məcəlləsinin 73-cü maddəsi ilə nizamlanır. Telman İsmayılov ancaq Mehman Kərimovun istintaqla məhkəmə öncəsi sövdələşməsi əsasında cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə öncəsi sövdələşmə nədir və onun məqsədləri nədən ibarətdir?

Bu sövdələşmənin reallaşması ancaq başqa şəxsləri ifşa edən təqsirləndirilən şəxsin ifadələri əsasında mümkündür. Mehman Kərimov isə Telman İsmayılova qarşı ifadə verir və yeni sərt cəzadan yayınır...

Lakin bu işdə hər şey ilk baxışda göründüyü qədər sadə deyil. İstintaq nəyə görəsə məqsədli şəkildə Sadıqov qardaşlarını himayə edir və onları işdən kənarda saxlamaq istəyir. Lakin biz Sadıqov qardaşlarının cinayəti törətmələri üçün motivlərini və mühüm sübutları əldə edə bilmişik. İstintaq bu mühüm arqumentləri və dəlilləri nəzərdən keçirməyib, Sadıqov qardaşlarını ədalət mühakiməsindən kənarda saxlayıb. Əslində isə, bu çirkli və qanlı işdə İsmayılovların yox, məhz Sadıqovların əli var... Kimdir onlar? Və nəyə görə istintaq Tufan və Salam Sadıqovları xilas edir? Bu barədə növbəti araşdırmamızda...

(Davamı olacaq)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar