Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlalımızın Məryəmi...  

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəydən yazıb, ikinci yeri tutandan, o yerin mükafatını mənə Azərbaycan parlamentinin keçmiş spikeri İsa Qəmbər Beynəlxalq Mətbuat Mərkəzində təqdim edəndən sonra uzun müddət belə mesajlar aldım: Qorxmadın? Heç nə olmadı? Nəsə demədilər ki?

Mənim də suallarım var idi. Kim nə deməliydi ki? Neynəmişdim axı? CM-in hansı maddəsini pozmuşdum, müsabiqəyə yazı yazmaqla?

Jurnalist olmaq o demək deyil ki, komandalaş, kiminsə yanında, əmrində ol və sair...Və ən vacib məsələ, səni hansısa komandaya dəvət də eləməyiblər. Çünki peşə adamısan, komanda yox. Peşə adamı olmaqsa o deməkdir ki, başını aşağı salıb, bildiyin jurnalistika ilə məşğulsan. Bacardığın qədər ədalətli, vicdanlı, ən başlıcası əxlaqlı olmağa çalışırsan yazdığın məsələlərdə insanlara qarşı.

...Nə isə o qədər susdum və dözdüm ki, birinə belə cavab verdim nəhayətində: Nəsə demədilər! Heç nə olmadı! Qorxmadım! Çünki hər kəsin səmimiyyət dərəcəsi davranışından bəllidir. Mən üzə bir, arxaya bir “oynamıram”. Harada formalaşdığını, kimlərdən dərs aldığını, insan, jurnalist olaraq kimin yetişdirməsi olduğunu unudarsansa səni nəinki Allah, heç sual verən sənin qorxduğu adamların özləri də bağışlamaz. Onları kimin nəyi və kimi, nəyə və necə satmayacağını, ya da əksinə, satacağını, qısası hər kəsin ləyaqət və şəxsiyyət dərəcəsini hamıdan yaxşı bilir...

Bunu o üzdən yazdım ki, istiqlalçı deputat Məryəm Həsənzadə haqda bu yazıdan sonra eyni sualı ünvanlamasın kimsə...

...Bizim uşaqlığımız onlarla keçdi. Elçibəyi, Məryəm xanımı, İsa Qəmbəri və daha onlarla belə adamları görə-görə böyüdük.

Doğrulu-yalnışlı bütün qərarlarına, çıxışlarına diqqət etdik. Ona görə ümumiləşdirib biz yazıram ki, bu “BİZ”in arxasında çox böyük jurnalist ordusu dayanır. Sözükeçən, qələminin və çalışdığı media qrumunun sanbalı olanları deyirəm.

Amma birdən böyük bir partlayış oldu. Həmin o fəlakət partlayış hər kəsi pərən-pərən etdi. Məsələn, son dərəcə ciddi və hökumət üzvlərinin hər birini öz üzərində işəməyə məcbur edə biləcək gücdə olan müxalif qüvvələr yoxa çıxdı. Bu onlara da aiddir, “dördüncü mikrafon”dan AZƏRBAYCAN quranların əksəriyyətinə.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Uzun müddət haqqında yazılan yazılarda gördüm onu sonralar, xəstə idi. Anladım ki, maddi durumu, ev şəraiti yaxşı deyil.

Azərbaycan istiqlalının Məryəmi ciddi müalicəsi o yana dursun, elementar dəriman pereparatlarını ala bilmirmiş son zamanlar.

Məryəm xanımı son dəfə “Əbülfəz Elçibəy-80” tədbirlərinin tərkibi olan yazı müsabiqəsinin mükafatlandırma mərasimində gördüm.

Çox kasıb geyimdə, xəstəliyin yükündən ikiyə qatlanmış vəziyyətdə, yataqdan qalxıb gəlmişdi, Əbülfəz bəyə son borcunu vermək üçün. Onu kim gördüsə, kövrəldi. Kim yaxınına gəldisə, özünüzdən muğayat olun, bu azadlıq bizə ucuz başa gəlməyib dedi. Sonra da Əbülfəz bəy haqda danışmaq üçün bir neçə adamın köməyi ilə ayağa qalxıb, trubunaya yaxınlaşdı, son çıxışını etdi və getdi...

...Bu belə olmalıydımı?! Əsla, olmamalıydı. Bütün dünyada dövlət uğuruna mücadilə edənlər üstünə gül qoxladılmayan simalar sayılır. Biz neynirik?!.. Yazmaqla bitməz. Bir onu bilirəm ki, etibar edən, araşdır deyən adama əksəriyyətimiz doğru məlumat vermirik. Niyə? Çünki hər şeyin başında şəxsi maraqlarımız durur. Unuduruq ki, bizə tapşırılan məsələ şəxsi yox, dövləti işdir. Yəni fərd olaraq nifrət etdiyinə də ədalətli olmağa məcbursan. Çünki səni dövlət göndərib...

...Baxın əzizlər, istiqlalımızı qazanan, onun bərpa edən və möhkəmləndirən üç möhtəşəm kişisi var bu məmləkətin. Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyev. Yüz il öncəni Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq, müstəqillik tariximizin ilk azadlığını qazandırdığı üçün. İkinci bərpa mərhələsini Əbülfəz Elçibəyə borcluyuq, bərpasına nail oldu o istiqlalın. Qoruyub saxlamaq və möhkəmləndirmək mərhələsində Heydər Əliyevin xidmətini danmaq mümkünsüzdür. Bu liderləri kimin sevib sevməməsindən asılı deyil durum. Onlar Azərbaycanın dünəni, bu günü və gələcəyini qarantiyaya alan simalardır. Qaldı ona ki, bəli, liderlərdir. Liderin öndə olması üçün arxasında böyük və fədakar komanda var bir də. İstiqlalın bərpası mərhələsinin, Əbülfəz bəy komandasının dəyərli veteranlarından idi sahiblənmədiyimiz Məryəm xanım. Ölümünəcən yataqxanada yaşasa da, dərmana pulu olmasa da, istiqlal qazanıb, kasıblığa məhkum edilsədə, o ad tarixdə qalacaq...

...Düzdür artıq həyatda deyil. Elə ona görə də Məryəm xanım qarşısında başımız aşağıda da deyil, yerin dibindədir. Nə də olsa istiqlalın zülmünü o və onun kimilər, keyfini başqaları çəkdi. Allah sizə rəhmət eləsin istiqlalımızın Məryəmi, bizi bağışlamayın!..(musavat.com)

Jalə Mütəllimova (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Dövləti və Prezidenti söydürən dörd eks kimdir?!..

Başsız medianın yeni sahibləri: Keçid dövrü jurnalistləri

Ən çox oxunanalar