Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Musayev: “Bu yol kişi yolu deyil, dövlətin adına ləkədi”

Bu gün Topaz Premyer Liqasının 2018-19 mövsümünün püşkü atılıb


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- I divizionla bağlı hansı məlumat var?

- Danışılmış oyunlarda adları hallanan klublar çempionatda olmayacaq. I divizion təmsilçilərindən 6-sı yarışa qatılmalıdı. İnşallah, dəqiqləşsin, gələn həftə püşkatma mərasimi olacaq. Əgər hansısa komanda yarışda olmasa, deməli, az-çox adı danışılmış oyunlarda hallanıb. Məsələn, “Binə” və İmişli klubunun rəhbərliyi gəlib demişdi ki, uşaqlarla bacara bilmirik. 30-35 yaşlı futbolçular I divizionda nə futbola, nə də özlərinə xeyir verirlər. 20-22 yaşlı oyunçu artıq özünə həyat qurmalıdı. Bilməlidi ki, ya futbolu bacarır, ya da özünə başqa sənət tapsın. Transfer vaxtı futbolçuların tanışları o qədər zəng vururlar ki. İzah edə bilmirsən ki, bu adam futbol oynaya bilmir. Oğluma da dedim ki, get, işinlə məşğul ol. Sonra fikirləşməsinlər ki, Ramin Musayevin oğlu olduğu üçün futbolda qalıb. Ruslan Tağızadənin atası məni boğaza yığıb. And verir ki, oğluma kömək elə, Premyer Liqadakılardan da güclüdü. Deyir ki, ölkənin bayrağını qaldırmışıq. Harda qaldırıblar, bilmirəm. Halbuki onun da adı danışılmış oyunlarda hallanır. Amma fikirləşmir ki, ondan futbolçu olmaz. Əvvəlki vaxt gedib, indi pul yoxdu.

- Ötən mövsüm demişdiniz ki, aidiyyəti orqanlarla daim əlaqədəyik. Amma yenə də “qara işlər” davam etdi. Yəni qorxmurlar?

- Ona görə də, limiti dəyişdik. Bu dəfə fərqli iş gördük. Düşündük ki, 20 yaşlı oyunçu bu işə getməz. İndi də ən azı gündə 2-3 nəfər prokurorluğa çağırılır. Yəqin ki, səsi çıxacaq. Bu, dövlətin adına ləkədi. UEFA-dan gələn məktubları özümə təhqir bilirəm. Bu yol kişi yolu deyil. Gedib daş daşısınlar, kişi kimi pul qazansınlar.

- “Xan Lənkəran” 1 milyon manatlıq büdcə göstərib. Narazıdılar ki, I diviziona buraxılmırlar...

-Bu məsələni İcraiyyə Komitəsində qaldırdım. Yeni gələn klubların ən uzun ömrü 2 ay olur. İstəmirik, çempionatın səviyyəsi daha da düşsün. Qərara gəldik ki, 1 il öz hesabına oynasın, görək Regional Liqada çıxış edə biləcəkmi? Ondan sonra I diviziona götürülər.

- Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, yeni yaranan komanda 3 il Regional Liqada çıxış etməlidi. Belə vəziyyətdə hansı ağıllı iş adamı futbola pul yatırar?

- Axı, bu klubun sponsoru nəfər deyil. Əgər bir nəfərdən ibarət olsaydı, birbaşa qəbul edərdik. Yəni, imkanları olsaydı, onları I diviziona götürərdik. Şübhəli, müəmmalı məqamlar var ki, belə qərara gəlinib. “Binə” ötən il gəldi, indi də dağıldı. “Xan Lənkəran”dan heç bir təminat gəlməyib. Gəlsə və bəlli olsa ki, klubu maliyyələşdirən, əziyyət çəkən insan var, bu başqa məsələ. Elxan müəllim qanunla hərəkət edir. Regional Liqada da az pul xərclənmir. Kim futbola pul yatırmaq istəyirsə, onun qarşısı alınmır.

- Tanıdığım iki nəfər maliyyə ayırmaq istəyib, lakin AFFA onlara mane olub. Onlar da bundan əl çəkiblər...

- Bunu eşitməmişəm. Ötən il bir nəfər geniş danışırdı. Ancaq sonra məlum oldu ki, maliyyə buraxan heç özü deyil.

- Digər ölkələrdə çempion olan və I diviziondan elitaya yüksələn komandaya maliyyə yardımı edilir. Ancaq Azərbaycanda çempion olan komandaya mükafat verilmir. Bunu tətbiq etmək olmazmı?

- Hər işi vaxtında görməyə çalışırıq. O pullar hardan verilir, bilmirik. Ancaq o qədər çox pul yatırılsa, biz də verərik. Əvvəllər bizdə də belə idi. Bugünkü maliyyə durumuna görə, bunu etmək mümkün deyil. Son iclasda Rövnəq Abdullayev bildirdi ki, Premyer Liqa və I divizionda ilk 3 yeri tutan komandalar mütləq fərqləndirilməlidi. Nə qədər maddi yardım olduğu bilinmir hələ. Uşaqlar üçün stimul yaratmaq istəyirik.

- “Topaz”ın sponsorluğundan qazanılan məbləğ nə qədərdi?

- 600 min manat. Ancaq bu puldan klublara nəsə çatmır. Bu məbləğ bizim birillik büdcəmiz deyil.

- Bu yay hakimlərimizin ölkə xaricində toplanışı olmadı. Çempionatda bunun fəsadları olmayacaq?

- İnanıram ki, olmayacaq.

- Hakimlərə yeni forma dəsti alınıbmı?

- Bəli, alınıb.

- Hakimlərin qonorarının artımı nəzərdə tutulub?

- Aldıqları hələ çoxdu. Bir oyuna 700 manat az deyil.

- I divizionun yayımı olacaq?

- Premyer Liqanı “CBC Sport” yayımlayacaq. Amma I diviziona söz vermirəm. Bunun üçün də çalışacağıq.

- Oyunlar şənbə-bazarı əhatə edəcək və matçlar arasında 3 saatlıq fərq mümkündü?

- Belə bir fikrimiz var. Ola bilsin ki, bu ərəfələrdə “Qarabağ” və milliyə görə bəzi dəyişikliklər edilsin. Amma yanvardan sonra aradakı fərq 3 saatdan az olmayacaq. Çalışacağıq ki, I divizionun oyununu bir gün əvvələ təyin edək ki, onları da izləyə bilsinlər.

- Berti Foqtsun dönəmindən etibarən milliyə görə, çempionata 2-3 həftəlik fasilələr olurdu. Yenə eyni problem yaranacaq?

  • Bu il millinin oyunçuları üst-üstə gəlsək, 2 ayı bir yerdə keçirəcəklər. Qurban Qurbanovla söhbətimiz olub. Elə bir tələbləri yoxdu. Maksimum 1 həftəlik fasilələr olacaq. Təki nəticə olsun. Çempionat da milliyə görə keçirilir.(Apasport.az)

pia.az


Etiket: Ramin Musayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar