Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə rəssamımızın əsəri əsasında gümüş sikkə buraxıldı

Türkiyə Xəzinəsi Azərbaycanlı rəssamın tablosunun eskizi əsasında gümüş pul buraxıb


Türkiyə Xəzinəsinin əskinas çap etmə və sikkə kəsmə İdarəsi Osmanlı dövründə dəniz qüvvələri komandanlarından Oruc Rəisin xatirəsini əbədiləşdirmək məqsədi ilə 20 türk lirəsi dəyərində gümüş xatirə sikkəsi buraxıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, gümüş sikkə İstanbuldakı əskinas çap etmə və sikkə kəsmə İdarəsi tərəfindən kəsilib. Oruc Rəis gümüş sikkəsi İstanbuldakı Yedditəpə universitetinin azərbaycanlı müəllimi, professor Rafiq Əzizin İstanbuldakı Dəniz muzeyində saxlanılan Oruc Rəis adlı tablosunun eskizi əsasında buraxılıb. Professor Rafiq Əziz APA-ya açıqlamasında deyib ki, bu, onun altıncı əsərinin eskizi əsasında dizayn edilərək buraxılan sikkədir. ”Sikkənin eskizinin yağlıboya orijinalı İstanbulun Beşiktaş rayonunda yerləşən Dəniz muzeyindədir. Bundan əvvəl isə UNESCO-nun mənim 3 əsərimi Türkiyəyə tövsiyə etməsindən sonra Xəzinə gümüş xatirə pulları buraxıb. Bu şəkildə əməkdaşlığı davam etdirəcəyik” - deyə professor Rafiq Əziz açıqlamasını bitirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?



Qeyd edək ki, 2017-ci ildə Türkiyə Xəzinəsinin İstanbuldakı əskinas çap etmə və pul kəsmə İdarəsi professor Rafiq Əzizin yağlıboya tablosunun eskizi əsasında Türk dənizçilik tarixinin məşhur komandanı Piri Rəisin adına gümüş xatirə pulu buraxıb. Türkiyənin Dəniz və Hava qüvvələri komandanlıqları ilə yaxından əməkdaşlıq edən professor Rafiq Əzizin adı çəkilən hərbi qurumların sənət muzeylərində 150-dən artıq rəsm əsəri var.

pia.az


Etiket: Gümüş sikkə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar