Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İrana qarşı total informasiya hucumuna start verib

Tramp administrasiyası İranda etirazları gücləndirmək, Tehranın nüvə proqramına və militant qruplara dəstəyinə son qoymaq məqsədilə tənqidi məzmunlu məruzələr və internetdə kommunikasiyalarının da daxil olduğu geniş kampaniyaya başlayıb

Bunu məsələ ilə bağlı məlumatı olan ABŞ rəsmiləri bildiriblər.

Ondan çox hazırkı və keçmiş Amerika rəsmisinin bildirdiyinə görə, kampaniyaya dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun dəstək verməsi o deməkdir ki, bu, ABŞ prezidenti Donald Trampın sərt sanksiyaları yenidən tətbiq etməklə İrana iqtisadi cəhətdən təzyiqləri artırmaq stratgiyası ilə birgə aparılır. Bu kurs Trampın mayın 8-də Birləşmiş Ştatların 2015-ci ildə İranla dünyanın altı qüdrətli dövləti ilə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra güclənib. Ağ Ev kampaniya ilə bağlı şərh verməkdən imtina edib. ABŞ Dövlət Departamenti isə Pompeonun rolu da daxil olmaqla, bu kampaniyanın detalları ilə bağlı müraciətə cavab verməyib.

İran: “Şirin quyruğu ilə oynamayın”

İranın yüksək səviyyəli rəsmisi kampaniyanı əhəmiyyətsiz qoyaraq bildirib ki, Birləşmiş Ştatlar İran hökumətinə 1979-cu ildə İslam İnqilabından sonra zərbə endirməyə çalışır. Adının açıqlanmaması şərtilə danışan İran rəsmisi deyib ki, “onların səyləri yenə də baş tutmayacaq”. Lakin bazar günü İran prezidenti Həsən Ruhani Trampa Tehrana qarşı düşmən siyasətin davam etdirilməsi ilə bağlı xəbərdarlıq edib. Yarı-rəsmi İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Ruhani deyib ki, “Amerika bilməlidir…İranla müharibə bütün müharibələrin anasıdır”. “Cənab Tramp, şirin quyruğu ilə oynamayın, buna yalnız təəssüf edəcəksiniz”, İSNA Ruhaniyə istinadən xəbər verib.

İranın başqa xəbər agentlikləri də eyni məlumatları yayıb.

Mümkün nəticələr

Karnegi Beynəlxalq Sülhə Dəstək fondunda İran üzrə təhlilçi Kərim Sədcadpur bildirib ki, İranın iqtisadi cəhətdən sıxışdırılması və ictimai etirazların gücləndirilməsi strategiyasının iki mümkün nəticəsi ola bilər.

“Birinci nəticə kapitulyasidir, İranı təkcə nüvə proqramını deyil, həm də regionda ambisiyalarına son qoymağa məcbur etməkdir. İkinci nəticə isə İslam Respublikası daxilində partlayışdır”, – Kərim Sədcadpur deyib.

Lakin ABŞ-ın bəzi rəsmiləri və ekspertləri xəbərdarlıq edir ki, İranda iğtişaşları gücləndrməklə Amerika administrasiyası avtoritar rejimi gücləndirə və onu daha aqressiv xarici siyasət yürütməyə vadar edə bilər və bunun nəticəsində isə ABŞ-İran qarşıdurması daha da böyük təhlükəli səviyyəyə çata bilər.

Vaşinqton Tehranın Livanda Hizbullah kimi qrupları silahlandırıb maliyyələşdirdiyi üçün uzun zamandır İranı dünyada terrorizmi dəstəkləyən aparıcı ölkə adlandırır. İran liderləri Birləşmiş Ştatlar və İsrailin məhvinə çağırır. İranın dəstəklədiyi qruplar İslam Respublikasının qurulmasından sonra yüzlərlə ABŞ əsgəri və diplomatını qətlə yetirib.

Bundan əvvəlki kampaniyalar

ABŞ-ın əvvəlki administrasiyaları dövründə də İran xalqı ilə birbaşa kommunikasiya yaratmaq da daxil olmaqla, ictimaiyyətlə əlaqələrin qurulması məqsədilə Tehrana qarşı kampaniya aparılıb. Prezident Corc Buş oğulun administrasiyası dövründə ABŞ hökumətinin maliyyələşdirdiyi Fərda radiosu yaradılmışdı. Bunun məqsədi “dövlət senzurası və kütləvi informasiya vasitələrində ideoloji əsasda informasiyaya qarşı yönələn obyektiv və dəqiq xəbər və informasiyanın çatdırılmasından” ibarət idi. Obama administrasiyası dövründə 2011-ci ildə isə Twitter sosial şəbəkəsində fars dilində @USAdarFarsi hesabı açılmışdı. (Amerikanın Səsi)

pia.az


Etiket: ABŞ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar