Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fatimə Xatunu məhkəməyə verdi

Rəqqasə Fatimə Fətəliyeva ilə müğənni Xatun Əliyeva arasında qalmaqal daha da böyüyüb


Rəqqasə sənətçini məhkəməyə verib. Bu haqda Fatimə İnstaqramda canlı yayımda deyib. O bildirib ki, Xatun və şairə Nazilə Səfərli onun ünvanına dedikləri təhqirlərə məhkəmədə cavab verəcəklər:

"Qanun qarşısında cavabını verəcəksən, sözlərinin üstündə dayan. Mənə dediyin xəyanəti, nəslimdə kişi olmamasını, afirist sözünü sübut edəcəksən. Qızıma söyməyinin cavabını verəcəksən. Yadında qızıma dedin ki, beləsən... Hansı ana qızına söyməyə dözə bilər? Hamı bilir ki, necə qız böyütmüşəm. Onu avtobusa minməyə də qoymamışam. 24 yaşı olacaq. Hamı bilir ki, Aydan necə xanım-xatun qızdır. Özün də bunu bilirdin və deyirdin. Bu insan məni rüsvay etmək istəyirdi, amma alınmadı.

Mənə oğru adını qoyublar. Bir dəfə Amerikada olanda mağazadan mal aldım, pul verməyi unutmuşdum. Gəlib bu haqda ona danışmışdım. İndi mənim adımı oğru qoyub. Şairə ilə oturub məni müzakirəyə qoyublar. Məhkəmədən sonra hər şeyin düz tərəfini biləcəksiniz. Lazım olsa, onun yazdığı mesajları sosial şəbəkədə yayacam".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?



Fatimə Xatunla davasının səbəbini açıqlayıb:

"Mənim davam onunla xına məkanı açması üçün başlamayıb. Salonuma gəlib-gedib, qardaşı yanımda işlədi, dostlaşdıq. Ona qarşı fikrim, onu çox istəmişdim. Deyirdim, səmimidir. Məni bir xınaya dəvət etmişdi. Dedim ki, filan qiymətə gələrəm, amma heç kimə demə. Başladı ki, sən kimsən, səni salonda sürüyərəm. Ərin, qızın, işçilərin səndən utanır. Bütün dediyi sözlər telefonumda durur. Mənimlə davadan sonra daha da ürəkləndi".

pia.az


Etiket: Şou-biznes

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar