Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib

II Dünya müharibəsi başa çatdıqdan 27 il sonra Quam adasında qamışlıqda gizlənmiş və hələ də komandirinin əmrini gözləyən yapon əsgəri tapılıb

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Newhistorian. com" saytında məlumat yer alıb. 1944-cü ilin iyulunda ABŞ və Yaponiya qoşunları arasında Quam adasında amansız döyüşlər zamanı yapon ordusunun əsgəri Şoiçi Yokoi cəngəllikdəki qamışlıqda qazdığı mağarada gizlənib. Çoxlu itkilər verən yapon ordusu adanı tərk etdikdən sonra amerikan əsgərləri gizlənən düşmən hərbçilərini əsir götürüblər. Onların cəngəlliyi axtardığı vaxt Soiçi Yokoi gizləndiyi mağaranı bambuk ağacı ilə örtüb və 27 il çayın kənarındakı bu sığınacaqda komandirinin əmrini gözləyib. Nəhayət, 1972-ci ildə çayda balıq tutduğu zaman amerikalı ovçulara rast gələn yapon əsgəri qaçmağa başlayıb və qarşıdakı polis məntəqəsində onu həbs etmək istəyən silahlı qanun keşikçilərinə müqavimət göstərib. Amerikan polisi tərəfindən həbs olunduğu zaman əsir düşmək istəmədiyi üçün öldürülməsini xahiş edən Yokoi tezliklə Yaponiyaya göndərilib və burada qəhrəman kimi qarşılanıb. Yapon əsgəri onu qarşılayan həmvətənlərinə deyib: "Mən sağ qayıtdığım üçün utanıram".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İntizamlı əsgər yaponlar üçün qəhrəmanlıq, şərəf və imperatora sədaqət rəmzinə çevrilib. 1972-ci ildə Yaponiya İmperatorunun qəbulunda olan Yokoi deyib: "Mən sizə lazımınca xidmət edə bilmədiyim üçün dərin təəssüf hissi keçirirəm. Artıq dünya çox dəyişib, amma mənim sizə xidmət etmək niyyətim heç bir zaman dəyişməyəcək".

Həyatının qalan hissəsini rifah içərisində keçirən intizamlı əsgər 1997-ci ildə - 82 yaşında dünyasını dəyişib.

pia.az


Etiket: əsgər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar