Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Gəncədən istifadə edir və Azərbaycanla İranın arasını vurur

Ermənistan KİV-ləri Gəncədə baş vermiş hadisələri şərh etməkdə davam edirlər

Məlum olduğu kimi, Azərbaycanın böyüklüyünə görə ikinci şəhərində narahat günlər yaşanıb. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hücum olunub, o ağır xəsarətlər alıb. Daha sonra iki polis əməkdaşı həlak olub.

Əlbəttə ki, Yerevanda baş verənlərə reaksiya veriblər və dərhal Azərbaycanla İranı üz-üzə qoymağa çalışıblar.

Belə ki, “Sputnik Ermənistan” nəşri “Tehrandan islam “salam”ı” başlıqlı məqalə dərc edib. Həmin məqalənin məğzi ondan ibarətdir ki, guya Azərbaycanın anti-İran siyasəti Tehranda getdikcə daha çox narahatlıq doğurur və bununla da o, Bakını mümkün ola biləcək nəticələr barədə xəbərdar edir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Oskanyan bildirib ki, “Azərbaycanın müxtəlif hissələrində kifayət qədər insan var ki, etiraz aksiyalarını təşkil edə və keçirə bilərlər. Bu isə öz növbəsində böhran vəziyyətlərinin yaranmasına səbəb ola bilər”.

“Noravank” fondunun siyasi araşdırmalar mərkəzinin rəhbəri Karen Bveranyan da “Sputnik Ermənistan”a əmin olduğunu bildirib ki, İran Azərbaycandakı vəziyyətə təsir göstərə bilər.

Ermənistan KİV-lərinin fəallığı və erməni analitiklərinin şərh verməyə meylli olmasını anlamaq olar, belə ki, Azərbaycanın Baş Prokurorluğu radikal dini-ekstremist təşkilatlarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələrini aşkarlayıb.

Öz növbəsində İran İslam Respublikasında da baş verən hadisələrə reaksiya verərək qeyd ediblər ki, İİR hər zaman zorakılığı qınayıb. İran XİN qurumun mətbuat katibi Bəhram Qasıminin timsalında bəyan edib ki, Tehran bu hadisələrlə hər hansı şəkildə əlaqədar deyil və ittihamlar İran əleyhinə psixoloji müharibənin bir hissəsidir.

Virtualaz.org-un əməkdaşı ilə söhbətində iranlı analitik, Şahid Behişti adına Universitetin (Tehran) əməkdaşı Həmidrza Əzizi bildirib ki, İranın siyasətinin əsas qayəsi mehriban qonşuluqdur.

“Mən Ermənistan KİV-lərində məlumatları oxumamışam və onların təfərrüatlarını bilmirəm, lakin sizi əmin edə bilərəm ki, İran siyasətinin əsas istiqaməti qonşu ölkələrlə dostluq münasibətlərinin qurulması və onların maraqlarına hörmət edilməsidir. İlk növbədə bu, şimal qonşumuza – Azərbaycana aiddir”, - H.Əzizi deyib.

İranlı ekspert qeyd edir ki, İİR üçün qonşuları ilə sıx və dostluq münasibətləri vacibdir və buna görə də, Ermənistan KİV-lərində yazılanlar Azərbaycanla İran arasındakı münasibətləri şübhə altına almağa əsas verə bilməz: “Bu məqalələr İrana düşmən qüvvələrin, misal üçün, ABŞ-ın təsirinin nəticəsi ola bilər”.

“Bu yazılanlar (Ermənistan KİV-lərində - red.) İranla qonşuları arasında düşmənliyin qızışdırılmasına hesablanmış ola bilər. Nəticə etibarilə İran üçün Azərbaycanıla dostluq vacibdir və Tehran tərəfindən Azərbaycanın daxili işlərinə müdaxilə olmayacaq”, - həmsöhbətimiz bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar