Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda toy karvanındakı “Prado”lu avtoxuliqan kimdir?

Bakıda daha bir toy karvanında avtoxuliqanlıq hərəkətləri qeydə alınıb

“Prado” markalı avtomobilin sürücüsü toy karvanı olarkən “şou” göstərməyə başlayıb. Hadisə Heydər Əliyev prospektində üzü hava Limanı istiqamətində baş verib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sürücünün insanların həyatını necə riskə atdığı aydın görünür.

“Prado”nun sürücüsü əvvəlcə toy karvanın önünə keçərək kamera qarşısında bir neçə avtoxuliqanlıq hərəkətləri edir. Bu zaman qoşaxətti keçərək yolun əks istiqamətindən gələn avtomobillərin önünə çıxır. Digər sürücülərin sayıqlığı nəticəsində qəza baş verməsinin qarşısı son anda alınır. Avtoxuliqanlıq edən “Prado”nun sürücüsü hətta toy karvanını lentə alan kameramanın əyləşdiyi maşını da vurmaqdan son anda qurtulur.

Özünün və başqalarının həyatını heçə sayan, qanunlara və cəmiyyətə açıq şəkildə hörmətsizlik edən belə sürücülər mütləq cəzalandırılmalıdır.

Qeyd edək ki, daha əvvəl də bu cür avtoxuliqanların əməlləri sosial şəbəkələrdə, mətbuatda ictimailəşdirilib. Dövlət Yol Polisi də bu cür hadisələrə dərhal reaksiya verərək həmin sürücülərin qısa zamanda qanunla nəzərdə tutulmuş şəkildə cəzalandırılmasını təmin edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar