Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Milli Ensiklopediyasında biabırçılıq – Ekspert açıqladı

“Azərbaycan Milli Ensiklopediyasında biabırçılıq davam edir”

Bu haqda “XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev öz “facebook” səhifəsində yazıb.

“AzPolitika.info”nun məlumatına görə, Etibar Əliyev daha sonra yazıb: “Azərbaycan Milli Ensiklopediyasının 7 cildi çapdan çıxıb. Ensiklopediyanın cildlərindəki məqalələr əsasən “Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür. Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə tərcümə işidir.

Milli Ensiklopediyanın 7-ci cildini satışda gördüm. Görün bu alimi-biəməllər nə ediblər. Bu cildin 476-cı səhifəsində XX əsrin mühüm fəlsəfi cərəyanı sayılan “ekzistensializm” haqqında məqalə verilib. Yazıblar: “Eksiztensializm(lat.ex(s)istentia-varlıq), varlıq fəlsəfəsi”.

Ekzistensializm “varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm “mövcudluq” haqqında fəlsəfi cərəyandır. “Varlıq” haqqında fəlsəfi təlim “Ontologiya” adlanır. Bunu qoyuram bir yana. “Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər.

Düşünürəm ki, 2004-cü ildə olduğu kimi bu Ensiklopediyanın da yüksək dairələrdə müzakirəsinin vaxtı çatıb”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar