Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan-Rusiya münasibətləri çat verir

Akop Bədəlyan

“lragir.am”, Ermənistan, 20 iyul 2018-ci il

Nikol Paşinyanın Panikdə baş verən hadisə ilə bağlı (17 iyulda RF-nin 102 saylı hərbi bazasının hərbçiləri xəbərdarlıq etmədən Panik (!) kəndində hərbi təlim keçiriblər – tərc.) bunun Ermənistanın suverenliyinə və erməni-rus dostluq münasibətlərinə qarşı təxribat olması haqqında verdiyi bəyanat müxtəlif reaksiyalara səbəb olub.

Xüsusilə, bir sıra dairələr bəyanatın sərtliyinə və onun erməni-rus münasibətlərində problem yarada biləcəyinə görə narahatdırlar. Hətta parlamentin Xarici siyasət komissiyasının sədri Armen Aşotyan da öz qayğısını ifadə edib.

Belə çıxır ki, dinc erməni kəndində hərbçilər tərəfindən törədilən açıq terror problem yaratmır, ancaq Ermənistan Baş nazirinin adekvat və birmənalı qiymətləndirməsi bunu edə bilər.

Baxmayaraq ki, Nikol Paşinyan məhz erməni-rus münasibətlərinə görə narahat olur. Üstəlik, bu, yalnız erməni-rus münsibətlərində deyil, eyni zamanda regional münasibətlərdə də hərbi-siyasi böhrana səbəb ola biləcək, hələ tam mənimsənilməmiş acı “Permyakov dərsi”ndən sonra baş verir.

Bütün bunların dərin səbəbi isə odur ki, öncəki hakimiyyətlər belə məsələlərdə yalnız bir məqsədi rəhbər tuturdular – necə olur-olsun erməni-rus münasibətləri pozulmamalıdır.

Əslində, bu, öz hakimiyyətlərini qorumaq üçün edilirdi, çünki onun təminatı Rusiya üçün problem yaratmaq siyasətindən imtina etmək idi.

Nikol Paşinyanın belə bir motivi yoxdur, belə ki, öncəki hakimiyyətlərdən fərqli olaraq, o, ictimai legitimliyə malikdir və sualları dəqiq və əmmasız qoya bilər. Xüsusən də ona görə ki, erməni-rus münasibətlərini sağlamlaşdırmaq, öncəki hakimiyyətlərin siyasəti nəticəsində yaranmış qüsur və metastazları aradan qaldırmaq yalnız belə mümkündür.

Ermənistandakı Rusiya hərbi bazası, ona olan münasibətdən asılı olmayaraq, mühüm hərbi-siyasi vahiddir. Bu vahid, şübhəsiz, regional təhlükəsizlik sistemində öz maraqları olan çoxsaylı subyektlərin diqqət mərkəzində yerləşir.

Baza, Rusiya ilə ən müxtəlif məsələlərin həllilə bağlı hədəf ola bilər. Deyək ki, Rusiyanı hansısa bir həllə və ya sövdələşməyə məcbur etmək üçün hər hansı bir dövlət Ermənistandakı rus bazasını hədəfə çevirə bilər.

İŞİD-in ardıcılı olmuş bir erməninin Ermənistana qayıtdıqda rus bazasının hərbçisinə hücum etməsi hadisəsi yada düşür.

Panikdəki hadisəyə, deyilənə görə, İran qoşunlarının Suriyadan çıxarılması üçün Moskvanı dilə tutmağa nail olan İsrail Baş nazirinin Moskavaya səfəri fonunda da baxmaq olardı. Netanyahu demişdi ki, əgər ruslar İran qoşunlarının Suriyadan çıxarılmasına kömək edərlərsə, Əsədin hakimiyyətini tanıyacaq.

Rusiya ilə “əmmasız” danışmaqla və regional təhlükəsizliyə görə onun məsuliyyət səviyyəsini yüksəltməklə bərabər, bütün bunlar haqqında dərin düşünmək lazımdır. Ermənistanın şimalındakı hədəf olmuş Rusiya bazasını, nəhayət, qalaya çevirmək lazımdır.

Aydındır ki, bazanın çıxarılmasına nail olma variantları yoxdur, ancaq burası da var ki, buna ehtiyac da yoxdur. Onun mövcud olmasının məntiqini dəyişmək lazımdır. O, de-fakto, rus-türk müqaviləsinin qoruyucularından biri idi, lakin bu müqavilə ilə cızılan status-kvonu dəyişən birinci Artsax (mətndə belə gedir – tərc.) müharibəsindəki qələbədən sonra rus bazası havadan asılı vəziyyətdə qalmağa başlayıb.

Baza yalnız iki halda – ya Artsaxda əvvəlki status-kvoya qayıtma, ya da yeni staus-kvonun saxlanması üçün bazaya yeni funksiyanın verilməsi halında (bu da yalnız erməni-rus münsibətlərininin hazırkı “süni qızışdırılmasının” həqiqi tərəfdaşlıq və ittifaq münasibətlərilə əvəzlənməsi halında mümkündür) torpaq üzərində möhkəm dayana biləcək.

Aprel müharibəsi dövründə erməni silahlı qüvvələri və ordusu əvvəlki status-kvonun geri qaytarılmasına izn vermədi, bir il sonra isə Ərdoğan etiraf etdi ki, bu məsələni Putin qarşısında qoymuşdu, lakin o, ümid etmir ki, bu, mümkündür.

Erməni tərəfi minimum proqramı yerinə yetirib, “məxməri inqilab” isə ona maksimum proqramını formalaşdırmaq, başqa sözlə desək, Rusiya ilə birgə çağırışları açıq müzakirə etmək imkanı verib. Nikol Paşinyanın bəyanatı bu yolda atılan ilk addımdır. Bu, gediləsi uzun, lakin lazımi yoldur, yoxsa Ermənistan suverenliklə bağlı problemlərlərdən savayı, Rusiya ilə münasibətlərdə böhranla rastlaşacaq.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar