Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlının da rol aldığı möhtəşəm film gəlir - Video

Türkiyədə bir müddətdir, çəkilişləri gedən, "Game of Thrones” və "Vikings” kimi keyfiyyətli film olacağına zəmanət verilən bir çox tanınmış şəxsin rol aldığı ilin ən iddialı filmi "Dəlilər”dən ilk görüntülər yayımlanıb

BakuPost xəbər verir ki, Osmanlı İmperiyasının dünyanı lərzəyə gətirən ordusunun ən öndə gedən döyüşçülərindən – "Dəlilər”dən bəhs edən, möhtəşəm səhnələrin yer aldığı və təsirli ssenarisi olan filmin 23 noyabrda nümayiş etdiriləcəyi bildirilir.

Son vaxtların ən yüksək büdcəli filmlərindən olan "Dəlilər”də baş rolları Erkan Petekkaya, Cem Uçan, Yetkin Dikinciler, Nur Fettahoğlu ve İsmail Filiz oynayır.

Türkiyə film tarixində iz qoyacağı iddia edilən "Dəlilər”də azərbaycanlı aktyor Namiq Rüstəmxanlı da rol alıb. O, filmdə "Mübariz” obrazını canladırıb. "Mübariz” Cənubi Qafqazdan, yəni indiki Azərbaycan torpaqlarından gələrək Türk dəlilərinə qoşulur və düşmənlərə qarşı vuruşur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İlin ən iddialı layihəsinin aktyor komandasında Hakan Yufkacıgil, Gökçe Özyol, Rüzgar Aksoy, Gülşah Şahin Uçan, Demet Tuncer, Kamil Güler, Mehmet Pala, Mehmet Ali Karakuş, Batın Uçan, Baran Öztürk ve Berat Efe Parlar kimi tanınmış adlar da var.

"Angel Yapım” şirkətinin istehsalı olan filmin rejissoru Osman Qayadır.

Qeyd edək ki, filmin mövzusu 15-ci yüzillikdə Fateh Sultan Mehmeti Eflak Voyvodalığına təyin etdiyi Vlad Tsepeşin xalqa etdiyi zülmdən, sultanın isə buna səssiz qalmamasından bəhs edir.

Belə ki, Tsepeş təyinatının ilk illərində Osmanlıya sadiq qalsa daa, sonradan bölgə xalqlarına qarşı dəhşətli dərəcədə qəddar davranmağa başlayır. Fateh Sultan Mehmet dinindən, millətindən asılı olmayaraq, insanlara edilən zülmü sakit şəkildə izləmir, ona əvvəlcə elçi vasitəsilə xəbərdarlıq edir. Lakin Vladın elçinin başındakı sarığı (papaq) başına mismarladıb, geri göndərir. Bu isə Osmanlı imperatorunu özündən çıxarır.

Fateh bu zülmə tez bir zamanda son verilməsini tapşırır və bu barədə Baba Sultana əmr verir. Baba Sultan "Dəlilər Birliyi”nin içindəki qorxmaz igidlərdən yeddisini Kumanla birlikdə Vladın hakimiyyəti altında ərazilərə ghöndərir. Bu yeddi qəhrəman Gökkurt, Aşkar, Mübariz, Çebi, Suskun, Kongar ve Adsızdır.

Dəlilər Vladın adamlarından gizlənərək Vladı tapmaq əvəzinə, onun adamlarının üstünə gedib, minlərlə məzlumun intiqamını almaq istəyir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar