Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Olimpiya Stadionu qırmızı rəngə boyandı - Foto

Xüsusi Olimpiya (Special Olympics) Hərəkatının yaradılmasının 50 illik yubileyi münasibətilə iyulun 20-də saat 21:30-da Bakı Olimpiya Stadionu qırmızı rəngə boyanıb

Virtualaz.org xatırladır ki, Azərbaycan Xüsusi Olimpiya Hərəkatının “İnklüzivlik üçün binaların işıqlandırılması” təşəbbüsündə fəal iştirak edir. Əlamətdar gün münasibətilə Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində simvolik memarlıq abidələri qlobal birliyin rəmzi kimi qırmızı rəngə boyanıb.

Xüsusi Olimpiya Hərəkatının missiyası əqli əlilliklərə malik insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və inklüziv cəmiyyətlər formalaşdırmaqdır.

“Əqli əlilliklərə malik insanların harada yaşamasından asılı olmayaraq, onlarla bağlı məlumatlılığın artırılmasına göstərilən böyük dəstəyə görə minnətdarıq. İnklüzivlik naminə binaların işıqlandırılması Xüsusi Olimpiya Hərəkatının missiyasının davam etdirilməsinin və təkamülünün rəmzidir”, – deyə Xüsusi Olimpiya Təşkilatının rəhbəri Timoti Şiver deyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Dünyada 100-dən artıq bina bu təşəbbüsdə iştirak edir, tolerantlıq və fərqliliklərə hörməti təcəssüm etdirir. Bu təşəbbüsə ABŞ və Kanadada Niaqara şəlaləsi, Mexikodakı “Müstəqillik mələyi” abidəsi, Pekində “Su Kub”u da “qoşulub”.

İnklüzivlik naminə binaların işıqlandırılması təşəbbüsü iyulun 17–21-də Xüsusi Olimpiya Təşkilatının 50 illiyi münasibətilə Çikaqoda keçirilən yubiley tədbirlərinin bir hissəsidir. Çikaqo 1968-ci ilin iyulunda ilk dəfə keçirilmiş Beynəlxalq Xüsusi Olimpiya Yay Oyunlarına ev sahibliyi edib.

Xüsusi Olimpiya idmançıları, məşqçiləri, azarkeşləri və məşhurları sevinc, cəsarət və hüquqlarının təntənəsi olan 50-ci yubiley mərasimlərində iştirak etmək üçün Çikaqoda toplaşacaqlar.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar