Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Mətbuat Günü qeyd edildi - 112 jurnalist mükafatlandırıldı

İyulun 20-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü münasibətilə bayram tədbiri keçirildi

Bayram tədbirində 22 iyul Milli Mətbuat Günü münasibətilə KİVDF-nin keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda mətbuata dövlətin, ölkə prezidentinin dəstəyindən, həmçinin KİVDF-nin il ərzində keçirdiyi bir sıra tədbirlərdən söz açdı.

Sonra V.Səfərli müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini və ümumilikdə 162 yazının müsabiqəyə təqdim olunduğunu bildirdi. Yazıların ekspertlər tərəfindən qiymətləndirildiyini deyən V.Səfərli ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırıldığını diqqətə çatdırdı. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500 manat və diplom, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat verilib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə jurnalistlərini təbrik nitqində Azərbaycanın dövlətçilik tarixinə, mətbuatın yaranması və inkişafı tarixinə geniş ekskursiya etdi və maraqlı tarixi faktları diqqətə çatdırdı.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bu ilin Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi olaraq əlamətdar il olduğunu qeyd edən Əli Həsənov dövlətçilik tariximizin yaşının daha qədim olduğunu da nümunələr xatırlamaqla bildirdi. Prezidentin köməkçisi onu da dedi ki, Azərbaycan milli mətbuatının yaşı Xalq Cümhuriyyətimizin yaşından çoxdur. Maarifçi ziyalı Həsən bəy Zərdabinin o dövrün ağır şərtləri altında, Çar Rusiyasının qadağalarına rəğmən yaratdığı “Əkinçi” qəzetinin milli mətbuatımızın əsasını qoyduğunu və böyük məktəb olduğunu vurğulayan Əli Həsənov Azərbaycan aydınlarının yetişməsində və Cümhuriyyət ideyalarının yaranıb yayılmasında da bu qəzetin başlanğıc olaraq böyük xidmətlərinin olduğundan söz açdı, yeni maarifçi jurnalistlər nəslinin yetişməsində bu qəzetin müstəsna rol oynadığını qeyd etdi. İki il ərzində fəaliyyət göstərən “Əkinçi”dən sonrakı dövrdə nəşr edilən qəzetlər haqda da danışan Əli Həsənov Cümhuriyyət dövrü, həmçinin 70 ilik Sovet dövründə Azərbaycanın mətbuatının keçdiyi yola ətraflı nəzər saldı.

Prezidentin köməkçisi nitqində 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonrakı dövrə də geniş yer ayıraraq bildirdi ki, o zamandan Azərbaycan ərazisində müstəqil media nümunələri yaranmağa başladı.

Əli Həsənov vurğuladı ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərini ləğv edən qərar qəbul olundu, senzura aradan qaldırıldı. Bununla da Azərbaycanda sərbəst media mühiti yarandı. Əli Həsənov dedi ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən Bəy Zərdabi nə qədər inqilabi fəaliyyət göstərmişdisə, Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi bu qərar təxminən o qədər böyük ictimai əhəmiyyətə malik idi.

Hakimiyyət rəsmisi prezident İlham Əliyevin mətbuata, jurnalistlərə böyük dəstəyindən də çoxlu sayda faktları sadalamaqla söz açdı. Jurnalistlərin sosial, mənzil şəraitinin yaxşılaşdırılması barədə atdığı addımları sadaladı. Azərbaycan mediasının səsinin bütün dünya media aləmindən gəldiyini bildirdi.

Qeyd edək ki, tədbirə Türkiyədən 40 nəfərlik jurnalistlərdən ibarət nümayəndə heyəti qatılmışdı. Əli Həsənov onları da salamlayaraq qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi media sahəsində birgə hərəkət etdiyini, əməkdaşlığın yüksək səviyyədə olduğunu faktlar sadalamaqla diqqətə çatdırdı.

Sonra müsabiqədə ayrı-ayrı istiqamətlər üzrə birinci yerin qaliblərinə diplomlar təqdim olundu. Qeyd edək ki, qaliblər sırasında “Yeni Müsavat”ın əməkdaşları Etibar Seyidağa (1-ci yer) və Nərgiz Salmanova (2-ci yer) da var.(musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar