Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qardaşının 8 aylıq hamilə arvadını öldürdü - Şillə üstündə  

Türkiyədə 25 yaşlı Suriya vətəndaşı Abdulbasid Əl Məhəmməd 8 aylıq hamilə olan qardaşı arvadını şillə üstündə öldürüb

Publika.az xəbər verir ki, hadisə Konya bölgəsində baş verib. Gəlinləri ilə mübahisə edən Məhəmməd bir anlıq ona şillə vuran gəlinləri 38 yaşlı Amirə Alyassoufu itələyib. Qadın zərbədən yerə yıxılıb. Daha sonra qadına ürəyindən bıçaq zərbəsi endirib. Təcili tibbi yardımla xəstəxanaya aparılan Amirə Alyassoufun 8 aylıq hamilə olduğu və zərbədən körpəsini itirdiyi məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən Məhəmməd saxlanılıb. O, polisə ifadəsində hadisəni belə təsvir edib: "Mən kağız toplayıb ailəmi dolandırıram. Qardaşımla evlərimiz yaxındı. Qardaşım bizim yaşadığımız əraziyə yeni köçüb, o gələnə qədər evimdən oğurluq olmurdu. Ancaq son zamanlarda evimdən əşyalarımın oğurlandığını hiss etdim. Axşam həyat yoldaşımla birlikdə qardaşımın evinə getdim. Qapını gəlinimiz açdı. Əşyalarımı niyə oğurlayıb satırsan? soruşdum. Heç olmasa satdıqlarının pulunu ver. Mübahisə düşdü və gəlinimiz mənim üzümə şillə vurdu. Mən də üstümdəki bıçaqla onu vurub qaçdım".

Yaralı qadına ilk yardımı qonşular edib. Aminənin itirdiyi körpəsindən başqa 5 övladı var. Həkimlərin səylərinə baxmayaraq, qadın da xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar