Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə böyük Qəndil əməliyyatını dayandırıb – səbəb

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK-nın mövqelərini ötən gün də bombalayıb

Türkiyə Baş Qərargahının yaydığı məlumatda qeyd olunur ki, terrorçuların məhv edilməsi üzrə havadan əməliyyatlar Zap, Avaşin və Xakurk rayonlarında aparılıb.


Ən son olaraq Qəndil dağı rayonunda Karox yüksəkliyində PKK mövqeləri bombalanıb. Əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların dəqiq sayı barədə hələ məlumat verilməyib. Ancaq müşahidəçilər deyir ki, seçkilərdən sonra Türkiyənin ölkə xaricindəki əməliyyatları zəifləyib. Daha dəqiqi, ən son olaraq Türkiyə ordusu İraqda iyunun 27-də geniş miqyaslı əməliyyat keçirib. Bundan sonra isə əsasən hava zərbələri ilə əməliyyat davam etdirilib.

Xatırladaq ki, Türkiyə ordusu bu il martın 10-dan Qəndil də daxil olmaqla, İraqın şimalındakı PKK terrorçularına qarşı geniş miqyaslı əməliyyatlara başlayıb. Ötən müddətdə bölgədə PKK-ya aid çoxlu sayda hədəflər və canlı qüvvə məhv edilib. Son rəsmi rəqəmlərə əsasən əməliyyatların başladığı 10 martdan bu yana Hakurk bölgəsində 710, Zap bölgəsində isə 390 kv.km ərazi PKK-dan təmizlənib. Bundan başqa 200-dən artıq terror hədəfi və 455-dən artıq terrorçu məhv edilib.

Ancaq Qəndil dağının tamamilə götürülməsini nəzərdə tutan böyük əməliyyat hələlik dayanıb. Məsələ onda idi ki, Qəndil əməliyyatının uğurla keçməsi üçün qonşu ölkə İranın, o cümlədən Qəndil düşərgəsinin yerləşdiyi İraqın razılığı və dəstəyi lazımdır. Çünki Qəndil dağları İraqİran arasında yerləşir. Yəni dağ hər iki ölkənin ərazisinə düşür. Ümumi ərazisi 3 min kv.km-dan çox olan bölgənin bir hissəsi isə Türkiyə ilə sərhəd hesab olunsa da, Türkiyə ilə birbaşa sərhədi yoxdur. Ancaq sözü edilən Qəndil dağı və PKK-nın yerləşdiyi eyni adlı düşərgələr İran-İraq sərhədində yerləşir. PKK buradan həm İraq, həm İran, həm də Türkiyə ərazisinə terrorçu göndərir.

PKK-nın bir nömrəli hərbi bazası olan Qəndil dağı Türkiyədən 90 kilometr məsafədə yerləşir. Qəndil dağının yüksəkliyi 2600 metrdir, ancaq PKK-nın düşərgələrinin yerləşdiyi vadi dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən geniş ərazidir. Lakin bura tamamilə mağaralardan və gizli sığınacaqlardan ibarətdir. Belə bir əməliyyat üçün qonşu ölkələrin, özəlliklə İraqın dəstəyi lazımdır.

Qeyd edək ki, hələ may-iyun aylarında rəsmi Ankara QƏndildə əməliyyata hazırlaşanda İranİraqın bu əməliyyata razılıq verməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılırdı. Daha dəqiqi, İran birmənalı şəkildə Qəndil əməliyyatında iştirak etmədiyini bəyan etdi, İraq hökuməti isə bir müddət fərqli açıqlamalar versə də, Bağdadın da əməliyyata könülsüz yanaşdığı bəlli oldu.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə mətbuatına müsahibəsində Qəndildən PKK-nın İran qolu hesab olunan PEJAK-ın da istifadə etdiyini və bu səbəbdən Tehranın da əməliyyatda maraqlı olduğunu bildirsə də, sonradan bu məlumat təsdiqini tapmadı. Həmçinin Bağdadla da Qəndil əməliyyatı ilə bağlı anlaşma əldə olunmadı.

Ehtimal ki, həm Tehran, həm də Bağdad Ankaranın Qəndili ələ keçirib burada yerləşməsinə razı olmaq istəmir. Çünki Qəndilin Türkiyə ordusunun nəzarətinə keçməsi həm də Türkiyənin 95 kilometr İraqın içərisində dərinliyə dalması deməkdir. Hələliksə seçkilərdən sonra yaranmış situasiyada Qəndil əməliyyatları, ümumilikdə ölkə xaricindəki əməliyyatlar dayanıb. Bunu həm seçkilərdən sonra hökumət sistemində dəyişikliklər, ordu və siyasi sistemin dəyişməsi və yenidən dizayn olunması, o cümlədən ölkə daxilində aparılan əməliyyatlar davam edir.

PKK-nın Qəndil düşərgəsi 1997-ci ildə Avropada yaşayan kürd təşkilatlarının topladığı maliyyə hesabına yaradılıb. Qəndildə hazırda 50-dək PKK düşərgəsi var, ümumilikdə isə 10 kilometrlik radiusda 2 minə yaxın sığınacaq mövcuddur. Başdan-ayağa minalanmış bölgəyə naşı adamın daxil olması intihar sayılır. Bölgə kənarlardan raket-zenit qurğuları, raketlər və ağır pulemyotlu maşınlarla mühafizə olunur. Bölgə təbii sədlərdən ibarətdir. Kənardan hücum edən qüvvəyə qarşı müdafiə olunmaq çox rahatdır. Bundan başqa, dağda müxtəlif həcmlərdə 100-dən çox mağara var. Bunların ən böyüyündə eyni vaxtda 500 nəfər yerləşə bilir.

Qəndildə ümumi olaraq 50 düşərgə var ki, bunlardan 15-i təlim düşərgəsidir. Bundan başqa, PKK-nın mərkəzi qərargahı, arxivi və digər əsas mərkəzləri burada yerləşir. Qəndil ətrafında təxminən 60-a qədər əsasən kürd kəndləri mövcuddur ki, bu kəndlər PKK-nın təbii müttəfiqləridir. Hətta Qəndildə fəaliyyət göstərən PKK-ya məxsus iki kiçik çaplı elektrik stansiyası istehsal etdiyi elektrikin bir qismini bu kəndlərə verir.

Türkiyə hökuməti hesab edir ki, ölkə ərazisində əsas terror fəaliyyətləri məhz Qəndildən idarə olunur. PKK-nın bütün liderləri də bu dağda məskunlaşdığı üçün Qəndilin alınması həm də terrora dəhşətli zərbə ola bilər.(“Yeni Müsavat”)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar