Rusiyanın Kalininqrad vilayətində XIV əsrə aid qəsr satışa çıxarılıb
PİA.az Trend-ə istinadən bildirir ki, müsabiqədə iştirak ərizəsi avqustun 20-dək qəbul olunur. Obyektin ilkin dəyəri 9,7 milyon rubl təşkil edir.
Baqrationovsk şəhərində yerləşən, dayaq məntəqəsi kimi inşa olunan Preysiş-Eylau qəsri 2017-2019-cu illərdə regional özəlləşdirmə planına daxil edilib.
Tarixi tikili II Dünya müharibəsində elə də ciddi zərər çəkməyib, qəsrin yaşayış hissəsi 1960-cı illərin əvvəlinədək istismarda olub.
pia.az