Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış iş adamına qarşı sensasion ittihamlar

“Bir mənzili 8 nəfərə satan “Şərurlu İsfəndiyar” məhkəmə qərarını saymır”

“İsfəndiyar Axundov özünün qanunsuz hərəkətləri ilə asan yolla gəlir əldə etmək üçün xeyli sayda alıcıların hüquqlarını pozaraq MTK-nın daxili müqaviləsi ilə bir mənzili səkkiz nəfərə satır .Onun bu hərəkətləri ilə bağlı uzun müddətdir ki, KİV-də məlumatlar verilir. Baş Prokrorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Bakı Ağır Cinayətlərə Məhkəməsində və digər orqanlarda onun barəsində araşdırmalar aparılır. Lakin ində qədər İsfəndiyar Axundov hansısa dövlət məmurunun himayədərlağından istifadə etməklə Azərbaycan Respublikasının adından çıxan qətnanmənin icrasından imtina edir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bunu Sumqayıt şəhəri, S.Vurğun küç, ev 35 B, mən.13-də yaşayan Tağıyev Füzuli Səfərqulu oğlu A zərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehiban xanim Əliyevayaya ünvanladığı ərizədə yazıb. O, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov tərəfindən hüquqlarının pozulduğunu bildirir.

Surəti 24saat.org saytına təqdim edilən ərizədə şikayətçi bildirir ki, 2010-cu ildə Bakı şəhərı, Yasamal rayonu, 3-cü Yeni Yasamal masivi, Bünyadzadə küç,34B ünvanda inşa edilən binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81,5.kv.m. olan 2 otaqlı38 saylı mənzilə görə “Kamran” MTK-ya mənzilin tam dəyərini ödəməklə MTK -nın daxili müqaviləsi əsasında maliyyə arayışını alıb.

“Mən mənzili alanda binanın 11-ci mərtəbəsi tikilirdi. Bundan sonra Bakı şəhərində MTK-ların başçısı İsfəndiyar Axundov adlı şəxs həmin binanın tikintisini tamamlamağa başladı.Həmin mənzillər təkrar olaraq satışa çıxarıldı və İsfəndiyar Axundov 1 mənzili 8 nəfərə satdı. Bu məslə ilə bağlı mənzilləri alan vətəndaşlar şəhərin müxtəlif yerlərində etiraz nümayişləri edərək dövlət rəhbərliyinə müraciətlər etmişlər.Buna görə də dövlət tərəfindən həmin vətəndaşları mənzillə təmin etmək üçün 4 milyon manat İsfəndiyar Axundova vəsait vermişdir.

Mən həmin nümayişlərdə iştirak etməmişəm.Adım həmin şikayətçilərin arasında olmadığı üçün məhkəmə qaydası ilə mənzildən istifadə hüququnun tanınması üçün müraciətlər etmişəm, iddia ərizələri vermişəm.Uzun məhkəmə prosesləri keçdikdən sonra Ali Məhkəmə də mənin bu iddiamı təstiq edib,mənzilin mənə verilməsi ilə bağlı qərar vermişdir. Lakin, İsfəndiyar Axundov Ali Məhkəmənin qərarını saymır. Belə ki, vaxtı uzatmaqla məni bezdirmək üçün Ali Məhkəmənin qərarının icra vərəqəsini ləğv etmək üçün İcra Şöbəsindən İnzibati İqtisadi Məhkəməsinə iddai ərazisi verib. 6-7 aydan sonra bu iddia həllini tapmadığı üçün İsfəndiyar Axundov digər yola əl atmaqala,yəni, məhkəmə qətnaməsinə izahı ilə bağlı iddia qaldırıb”.


Şikayətçi qeyd edir ki, 2010-cu ildən 2018-ci ilədək İsfəndiyar Axundovun hegomon və digər hərəkətləri etməklə yəni, mübahisəli mənzilə işıq,qaz və su buraxılmasına qadağa qoymaqla onun mənzildən istifadə hüququndan faktiki məhrum etdib.

“Qanunvericiliyə əsasən, işıq, su və qaz sərfiyyatı MTK-ya məxsus ümumi sayğacdan mənzillərə paylamaqla istifadə olunur. Bina sakinləri işıq, su və qaz pullarını çek əsasında banka ödəməklə deyil, MTK-ya ödəyirlər. MTK rəhbərliyi mənə qarşı qərəzli olduğu üçün vəzifə səlahiyyətindən istifadə etməklə mənə məxsus mənzilə işıq, su və qaz verilməsini dayandırılmasına nail olub.

İ.Axundovun Azərbaycan Respublikasının adından çıxan qətnanmənin icrasından imtina etməsi ilə bağlı 1-ci Vitse Prezidenti M.Əliyevaya müracit edən Tağıyev Füzuli Səfərqulu oğlu onun barəsində qanuni tədbir görülməsi və sözügedən mənzildə yaşamaq hüququnun bərpa olunmasını istəyir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar