Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq Cənubi Koreya prezidentinə əlavə 8 il həbs cəzası verildi – Qərar

Cənubi Koreya məhkəməsi cümə günü sabiq prezident Pak Qın-heni dövlət büdcəsindən sui-istifadə etdiyi və seçki qanunlarını pozduğu üçün əlavə səkkiz il müddətinə azadlıqdan məhrum edib

Bununla o, ümumilikdə 30 ildən çox həbs cəzası çəkə bilər. Pak Qın-he ötən il onun vəzifədən çıxarılması ilə nəticələnən böyük korrupsiya qalmaqalı səbəbilə 24 il müddətinə həbs cəzası alıb.

Seulun Mərkəzi Rayın Məhkəməsi cümə günü onu prezidentlik müddətində Milli Kəşfiyyat Xidmətinin rəhbərlərindən qanunsuz şəkildə 3 milyard dollar alaraq, dövlət büdcəsinə zərər vurmaqda təqsirli bilib və 6 il həbs cəzası verib. Lakin, Pak Qın-he pul transferi ilə əlaqəli olan rüşvət ittihamlarında təqsirli tanınmayıb.

Bundan əlavə olaraq məhkəmə ona 2016-cı il prezident seçkilərindən öncə partiyasının namizəd nominasiyasına müdaxilə edərək seçki qanunlarını pozduğuna görə əlavə iki il həbs cəzası tətbiq edib.

Pak Qın-he məhkəməyə gəlməyib. Cənubi Koreya qanunvericiləri milyonlarla insanın etirazlarından sonra 2016-ci ilin dekabr ayında Pak Qın-heni impiçiment edib. O, ötən ilin mart ayında ölkənin Konstitusiya məhkəməsinin qərarının ardından rəsmi olaraq vəzifədən uzaqlaşdırılıb, bir həftə sonra isə həbs olunub. (Amerikanın Səsi)

pia.az


Etiket: Cənubi Koreya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar