Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Trampa Donbasda referendum keçirməyi təklif edib

Liderlərin görüşündə Ukrayna böhranı geniş müzakirə olunub

Rusiya prezidenti Vladimir Putin bu həftə Helsinkidə ABŞ-dan olan həmkarı Donald Trampa təklif edib ki, Ukraynanın şərqindəki münaqişəni həll etmək üçün referendum keçirilsin. Prezidentin rusiyalı diplomatlara dediyinə görə, ABŞ prezidentinin planı nəzərdən keçirməsindən ötrü onu ictimaiyyətə açıqlamamağı razılaşıb. Xəbəri “Bloomberg” agentliyi iyulun 19-da Putinlə qapalı görüşdə iştirak etmiş iki nəfərə istinadla yayıb.

İndiyədək Helsinki sammitində hansı məsələlərin müzakirə olunması barədə təkəm-seyrək informasiya gəlir, daha çox da Rusiya tərəfdən.

Putin referendum təklifini Ukraynada dördillik müharibəyə son qoymaq istəyi ilə izah edib. Di gəl, bu məsələyə Ukrayna və onun Avropadakı dəstəkçiləri çətin razılaşa. Onlar Donbas regionu ilə bağlı Avropanın vasitəçilik etdiyi sülh sazişinə sadiqdirlər. Donbasın bəzi hissələri rusiyapərəst separatçıların nəzarətindədir. “Bloomberg” Ağ ev rəsmilərindən münasibət ala bilməyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Adlarının çəkilməsini istəməyən həmin iki şəxs agentliyə deyib ki, Putin Moskvada Xarici İşlər Nazirliyində Rusiya səfirləri və rəsmilərlə konfrans keçirib. Onlardan birinin dediyinə görə, Tramp Putin-dən xahiş edib ki, sammitdən sonrakı mətbuat konfransında referendum ideyasını müzakirə etməsin, ABŞ lideri bu ideyanı götür-qoy edə bilsin.

Putin təklif edib ki, beynəlxalq nəzarət altında separatçı ərazilərin sakinlərinin iştirakıyla referendum keçirilsin. Kremlin sözçüsü Dmitri Peskov isə Putinin sammitdə Ukraynayla bağlı nə deməsindən danışmaq istəməyib, deyib ki, “bəzi yeni ideyalar müzakirə olundu. Onların üzərində işlənəcək”.

Tramp iyulun 19-da Twitter-də sammiti “böyük uğur” adlandırıb. O, müzakirə olunan mövzular arasında Ukraynanın da olduğunu vurğulayıb, amma detalları açıqlamayıb.

ABŞ prezidenti ötən həftə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın tanınmasıyla bağlı sualı birmənalı cavablandırmayıb. Məhz Krımın ilhaqından sonra Ukraynanın şərqindəki Donetsk və Luqanks regionlarında münaqişə başlanıb. Ukrayna bu ərazilərə öz idarəçiliyi altında muxtariyyət təklif edir, regionda beynəlxalq sülhməramlıların yerləşdirilməsini dəstəkləyir.

ABŞAvropa Birliyi Rusiyanı Ukraynanın şərqinə hərbçi və silah göndərməkdə ittiham edir. Rusiya isə ittihamları rədd edir. Ancaq Ukrayna indiyədək öz ərazisində bir neçə rusiyalı əsgəri saxlayıb, silah ələ keçirib. Putin bazar ertəsi Helsinki sammitində Krımın ilhaqını 2014-cü ildə keçirilmiş referendumla əsaslandırmışdı. Həmin referendumun nəticəsi beynəlxalq səviyyədə tanınmayıb.

“İnanırıq ki, beynəlxalq hüquqa uyğun referendum keçirdik. Bu məsələ Rusiya üçün qapanıb”, – o deyib.

Donetsk və Luqansk liderləri də 2014-cü ildə referendum keçirərək müstəqillik elan ediblər. Amma ABŞAvropa Birliyi bu səsverməni tanımayıb, Ukrayna onu “saxta” adlandırıb.

Putin ötən il fərman imzalayaraq Luqansk və Donetsk separatçı hökumətlərinin buraxdığı pasportları və digər sənədləri tanıyıb. Bu regionlar artıq rublu da rəsmi valyutaları elan ediblər.

Ukraynanın şərqində referendum keçirilərsə, “nəticə Krımdakı kimi olacaq”, yəni Rusiyaya birləşməyə səs veriləcək. Bunu özünü Luqansk Xalq Respublikası adlandıran qurumun keçmiş rəhbəri Igor Plotnitsky ötən ilin martında Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinə demişdi.(Azadlıq radiosu)

pia.az


Etiket: Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Ən çox oxunanalar