Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 “İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərən 177 hüquqi şəxs aşkarlanıb”

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən M. Əliyeva Şuranın artıq 5-ci toplantısının ölkəmizdə baş tutduğunu qeyd edib.

Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən M. Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə - ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğulayıb. Bildirib ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir” deyən I vitse-prezident ölkəmizdə Şuranın işinə böyük əhəmiyyət verildiyini vurğulayıb, Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırıb. Ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edən M. Əliyeva Şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu deyən I vitse-prezident Mehriban Əliyeva qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zəruriliyini vurğulayıb.

Birinci vitse-prezident İnterpolun baş katibi Yurgen Ştoku bu mühüm vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Ümidvar olduğunu bildirib ki, İnterpol gələcəkdə də bu regionda təhlükəsizliyin təmin olunmasını dəstəkləyəcək.

“Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə M. Əliyeva vurğulayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva bir daha Azərbaycanın MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının işini yüksək qiymətləndirdiyini dedi və Şuranın işinə uğurlar arzulayıb.

Rusiyanın daxili işlər naziri, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının sədri Vladimir Kolokoltsev Şuranın budəfəki iclasında bir çox vacib məsələlərin müzakirə olunacağını və mühüm qərarların qəbul ediləcəyini bildirib. Vladimir Kolokoltsev birgə səylərin əhəmiyyətini vurğulayaraq qəbul edilən qərarların vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çatdırıb.

*** 

MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının üzvləri qurumun Bakıda keçirilən toplantısı çərçivəsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüblər.

APA-nın "crimea.kz" saytına istinadən verdiyi xəbərə görə, qonaqlar görüşdə qeyd ediblər ki, Şura 20 ildən çox müddət ərzində mühüm və məsuliyyətli bir vəzifəni yerinə yetirib və onun fəaliyyət formatı MDB ölkələri hüquq-mühafizə orqanlarının nümayəndələrinə transmilli cinayətlərə, korrupsiyaya, narkotik maddələrin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya qarşı ortaq yanaşmaları inkişaf etdirməyə imkan verir.

Qeyd olunub ki, dövlətlərarası əməkdaşlığa dair proqramların həyata keçirilməsi, qurulmuş informasiya mübadiləsi sistemi dövlətlərarası axtarışda olan çoxlu sayda insanın saxlanılmasına kömək edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar