Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “Dünya təhdidlərin üsulları daha mürəkkəb xarakter alır”

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına məktub göndərib

AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli iclas iştirakçıları! Sizi Azərbaycanda salamlayır və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının işində uğurlar arzulayıram. Bu formatda iyirmi beş ildən artıq həyata keçirilən əməkdaşlıq müasir dövrdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarının doğurduğu çağırış və təhdidlərə qarşı kollektiv mübarizənin səmərəliliyinin bariz nümunəsidir. Ötən illər ərzində Daxili İşlər Nazirləri Şurası ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində mühüm işlər görmüş və qarşılıqlı fəaliyyəti təmin edib. Bunun nəticəsində əməkdaşlıq potensialı, məlumat mübadiləsi və birgə tədbirlərin keçirilməsinin effektivliyi əhəmiyyətli dərəcədə artıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?



Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır. Bununla əlaqədar olaraq daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar. Bu məsələlərdə müvafiq beynəlxalq qurumlar, xüsusilə Azərbaycanın uğurla əməkdaşlıq etdiyi Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpol xətti ilə əlaqələr olduqca vacibdir. Biz bu nüfuzlu beynəlxalq təşkilatın milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı informasiya və texniki dəstəyini yüksək qiymətləndiririk.

Daxili İşlər Nazirləri Şurasının hazırkı iclasının Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan polisinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf etməsi əlamətdar haldır. Bu gün Azərbaycan, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə uyğun olaraq, güclü, müstəqil, demokratik və hüquqi dövlət kimi inkişaf etməkdədir. Daxili işlər orqanları ölkəmizdə sabitliyin və qanunçuluğun təmin edilməsinə mühüm töhfə verir, beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı ciddi mübarizə aparırlar. Bu işdə MDB iştirakçısı olan dövlətlərin tərəfdaş təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Əminəm ki, Daxili İşlər Nazirləri Şurasının iclası çərçivəsində məhsuldar fikir mübadiləsinin aparılması ölkələrimizin rifahı naminə mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə əlavə təkan verəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar