Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənsimovun gəmilərində etirazlar başladı

Azov dənizində reyddə dayanan neftdaşıyan tankerin heyət üzvləri aylardır əmək haqları ala bilmədiklərinə görə aclıq elan edib

TASS xəbər verir ki, “Riroil 5” tankerinin 12 heyət üzvündən 7-iRusiya, 5-i Azərbaycan vətəndaşlarıdır. Heyət üzvlərindən 4-ü aclıq aksiyasına başlayıb.

“Riroil” tankeri hazırda borc içində batan oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsusdur. 2003-cü ildə Volqoqrad tərsanəsində yığılıb, beynəlxalq gəmiçilik reyestrlərində yer alan məlumatlara görə mülkiyyətçisi Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC şirkətidir. Bu şirkət Mənsimovun Türkiyədəki “Palmali Denizçilik” qrupuna daxildir. Gəmi Malta bayrağı altında üzür.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Dənizçilər bildirir ki, türk şirkətinin heyət üzvləri qarşısında əmək haqqı borcu 100 mn dollardan çoxdur. Bəzi dənizçilər artıq 8 aydır ki, maaş almırlar. Dənizçilər “Palmali” şirkətini məhkəməyə verməyə hazırlaşırlar.

Agentlik bildirir ki, bundan əvvəl “Palmali”nin daha üç gəmisində heyət üzvlərinin əmək haqlarının verilməməsinə etiraz olaraq aclıq aksiyası elan etdikləri haqda xəbərlər yayılıb. Lakin hələlik bu xəbərləri təsdiqləmək mümkün olmayıb.

Virtualaz.org “Palmali”nin borc içində üzdüyünü və Rusiyada şirkətin barəsində müflisləşmə proseduru başladıldığı haqda dəfələrlə yazıb. Şirkətin iki gəmisinin aylardır Avropa limanlarında həbs altında olduğu da məlumdur.. (Virtualaz.org)

pia.az


Etiket: Mənsimov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar