Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərnişinlərin 49 faizi təyyarədə mobil telefondan istifadənin əleyhinədir

Marketinq tədqiqatının nəticələri

Təyyarə sərnişinlərinin 49 faizi təyyarədə mobil telefondan istifadənin əleyhinədir.

AZƏRTAC “Türk Hava Yolları”na istinadla xəbər verir ki, aviaşirkət “Turkish Airlines Aviation Trends” adlı tədqiqat çərçivəsində marketinq tədqiqatları sahəsində lider olan “Nielsen” şirkəti son iki il ərzində ən azı bir dəfə təyyarə ilə səyahət edən 18 və daha yuxarı yaşlı 8150 respondenti onlayn sorğuya cəlb edib. Çin, Fransa, Almaniya, Hindistan, Yaponiya, CAR, İsveç, BƏƏ, Böyük BritaniyaABŞ-dan olan respondentlər 2018-ci ilin fevralın 16-dan 26-dək sorğuda iştirak ediblər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sorğuya əsasən texnologiya baxımından mümkün olanlar sərnişinlər tərəfindən çox da müsbət qarşılanmayıb. Məsələn, Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, İsveç və Almaniyadan olan respondentlərin əksəriyyəti aviaşirkətin uçuş zamanı mobil telefondan istifadə icazəsinin əleyhinə çıxış edir. Böyük Britaniyada sorğuda iştirak edənlərin 48 faizədək, Almaniyada isə respondentlərin 36 faizdən çoxu icazənin leyhinə səs verib. Sərnişinlərin fikrincə, telefonlar uçuş zamanı onlara mane olacaq (ABŞ – 89 faiz, Yaponiya – 93 faiz), həmçinin, almaniyalı sərnişinlərin 69 faizi uçuş zamanı telefondan istifadə ilə bağlı dəqiq fikrə sahib deyillər. Lakin uçuş zamanı mobil telefondan istifadəsinə müsbət yanaşanların faizi Hindistanda (73 faiz), Çində (70 faiz) və BƏƏ-də (63 faiz) xeyli yüksəkdir. Orta hesabla respondentlərin 51 faizi uçuş zamanı mobil telefondan istifadənin leyhinə səs verib.

Sorğu göstərib ki, rahat yerləşdirilmə eləcə də pulsuz və sürətli internet sərnişinlərin təyyarə uçuşlarının gələcəyi ilə bağlı ən əhəmiyyətli arzularıdır. Yuxu üçün fərdi yerlərin mövcudluğu mülki aviasiya gələcəyi sahəsində arzular siyahısında üçüncü yeri tutur. Əldə olunan nəticələri şərh edən “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyət Komitəsinin sədri İlker Aycı bildirib: “Bizim ənənəvi qonaqpərvərliyimiz sərnişinlərimizə əla uçuş təcrübəsi təmin etmək və onların səyahətini unudulmaz etməyə imkan verir. Biz mülki aviasiya sahəsində son tendensiyaları və innovasiyaları diqqətlə izləyirik. “Global Aviation Trends 2017” sorğusunun nəticələri bizim bu sahədə dünya lideri olmağımızı bir daha təsdiqləyir”.

Həmçinin sərnişinlərə “Kimin tövsiyəsinə etibar etmək olar?”, “Qitələrarası uçuş üçün birbaşa reys olmadıqda hansı vasitələrdən istifadə edilməlidir?”, təmizlik, təyyarə işçilərinin davranışı, qida və içkilərin keyfiyyəti, baqaj itirildiyi halda onun ünvana etibarlı çatdırılması mövzusunda da sorğular aparılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar