Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini 1997-ci il təvəllüdlü Zaur Əmirxanov bıçaq xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan gəncin vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
pia.az