Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TAP layihəsinə İtaliya əngəli hələ qalır - səbəb  

Ekspert: “İtaliya prezidenti TAP layihəsinə qərar verəcək şəxs deyil, çünki...”

İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri dünən başa çatıb. Siyasi ekspertlər tərəfindən əhəmiyyətli hadisə kimi şərh edilir. Qeyd edək ki, Sercio Mattarella ilə Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilən görüşdə Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. S.Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. İki ölkə arasında mühüm sənədlər imzalanıb.

Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

“İtaliya hazırda ATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bunu prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

S.Mattarella isə bildirib ki, İtaliya ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək.

Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanı “Heydər Əliyev” ordeni ilə təltif edib.

İtaliya prezidentinin Azərbaycana səfərinin əhəmiyyətini şərh edən politoloq Elxan Şahinoğlu bildirdi ki, bu, İtaliya prezidentinin Azərbaycana ilk səfəri idi. İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün bir neçə baxımdan vacibdir: “Birincisi, İtaliya hazırda ATƏT-ə sədrlik edir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də rəsmi Bakı ümid edir ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq. İtaliya prezidenti də çıxışında bu məsələyə diqqət ayırdı. Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarının açıqlamasına cavab olaraq ”əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq" ifadəsini səsləndirdi.

İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını proqnozlaşdırmaq çətindir. İtaliyadan əvvəl digər dövlətlər də ATƏT-ə sədrlik ediblər. Həmin dövlətlər İtaliya kimi Azərbaycanın strateji tərəfdaşlarıdır. Ancaq həmin dövlətlər də münaqişənin həllinə nail ola bilmədilər. Səy göstərdilər, ancaq alınmadı. Buna baxmayaraq, İtaliyanın münaqişənin həllində fəallığını artırması Azərbaycan üçün az əhəmiyyət daşımır".

Politoloq qeyd etdi ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına dəstək verir. İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır: “Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi var, bunlardan biri İtaliyadır. İki ölkə arasında saziş 2014-cü ildə imzalanıb.

Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır. İtaliyanın bir neçə şirkəti Azərbaycanda fəaliyyət göstərir, fabrik və zavodların tikintisində yaxından iştirak edirlər. Azərbaycan sənayesi İtaliyanın texnologiyalarına ehtiyac duyur. İtaliya prezidenti Bakıda bildirdi ki, biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycan iqtisadiyyatına öz töhfəsini verə bilər.

Odur ki, müdafiə sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərdə yeni səhifə aça bilər. Ancaq bu məsələdə əsas söz sahibi yenə İtaliya prezidenti deyil, hökumətdir. Ona görə də İtaliya prezidentinin Azərbaycanla bağlı dediklərinin bu ölkənin baş nazirinin də təsdiqinə ehtiyac var. Bu baxımdan İtaliyanın baş nazirinin də Azərbaycana rəsmi səfərə gəlməsi və deyilənləri təsdiq etməsi zəruridir".

Bəs İtaliya prezidentinin səfəri TAP-la bağlı İtaliyada yaşanan problemi həll edəcəkmi?

Elxan Şahinoğlu bildirdi ki, İtaliya prezidenti TAP layihəsinə qərar verəcək şəxs deyil. Çünki İtaliyada əsas səlahiyyət sahibi baş nazirdir. Məhz buna görə də İtaliya prezidenti Bakıdakı görüşlərində və açıqlamalarında konkret şəkildə “İtaliya TAP üzərindən Azərbaycandan qaz alacaq” fikrini ifadə edə bilmədi: “Nümayəndə heyətinin başqa üzvləri də bu barədə Bakıda açıqlama vermədilər. Çünki İtaliya prezidenti ehtiyat etdi ki, sabah İtaliya hökuməti fərqli qərar versə, o, yalançı çıxar. Buna baxmayaraq, İtaliya hökumətinin TAP-dan imtina etməsi artıq gecdir. Digər tərəfdən, bu məsələlərdə əsas söz sahiblərindən biri Avropa İttifaqıdır. Hər halda, İtaliyanın yeni hökumətinin layihəyə həvəssiz olduğu göz qabağındadır. Bu hökumət Avropa İttifaqının Rusiya siyasətini də bəyənmir. Bu amilin özü də çox nəsnədən xəbər verir.

TAP boru xətti tikildikdən sonra Avropa dövlətləri arasında məhz İtaliya Azərbaycan qazının əsas alıcılarından birinə çevriləcək. İndinin özündə də Avropa İttifaqı dövlətləri arasında Azərbaycan neftini ən çox alan ölkə İtaliyadır. İtaliya prezidenti Bakıdakı açıqlamasında Xəzər dənizinin qazının Avropa üçün çox önəmli olduğunu bildirdi.

İtaliya prezidentinin bu açıqlamasına baxmayaraq, İtaliyanın yeni hökumət üzvləri TAP layihəsi ilə bağlı bəzən ikibaşlı açıqlamalar verirlər. Bu boru xəttinin ekologiyaya zərər vuracağını söyləyənlər də var İtaliyada. Ona görə də vacibdir ki, İtaliyanın baş naziri və digər hökumət üzvləri də TAP layihəsi ilə bağlı qəti mövqe bildirsinlər".(“Yeni Müsavat”)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar