Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının Baş planını amerikalılar cızacaq

Vüqar Bayramov: “Bakının baş planının olmaması iqtisadi baxımdan da ziyanlıdır”

Uzun müddətdir Bakının dalana dirənən baş planı amerikalılar tərəfindən hazırlanacaq. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması işinin təşkili prosesinə start verir. Bu barədə yayılan məlumatda qeyd olunur ki, prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin Baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - “The Boston Consulting Group” şirkətini cəlb edir.

1963-cü ildə yaradılmış “The Boston Consulting Group” şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyini özündə birləşdirən qlobal şəbəkə vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir. Qeyd edilir ki, şirkət tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin Baş planının hazırlanması işinin iki mərhələdə təşkil edilməsini planlaşdırır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur.

İkinci mərhələdə komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.

Yuxarıda da qeyd etdiyimiz kimi, uzun illərdir ki, Bakının baş planının hazır olması ilə bağlı məlumatlar yayılırdı. Hələ 2017-ci ildə məlumat yayılaraq bildirilmişdi ki, Bakının baş planı demək olar ki, hazırdır. Lakin hələ də söz var, əməl görünmür.

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Bakının baş planının hazırlanması və qəbul edilməsi, həm də iqtisadi bir məsələdir: “Çünki nəticə etibarilə bu, infrastruktura da təsir göstərir. Bəzi hallarda bu məsələ binaların necə inşa edilməsinə bilavasitə təsir edir. Elə hal olur ki, yaşayış binaları mövcud infrastruktura uyğun olmayan şərtlər daxilində və yerlərdə inşa edilir. Əksər hallarda bu, yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında baş verir. Şirkət icazə alır, binanı inşa edir və sonradan məlum olur ki, binanın tikilməsi həmin ərazinin infrastrukturuna maneə yaradır. Nəticədə bina sökülür və dövlət də kompensasiya ödəyir. Bu da əslində dövlət üçün ziyanlıdır. Baş plan olmadığı üçün infrastrukturun tənzimlənməsi, yeni tikililərin aparılma qaydası nəzərə alınmır. Ona görə də Bakının baş planının olmamasını iqtisadi baxımdan da ziyanlıdır. Nəticədə etibarilə bu, infrastrukturun optimallaşdırılmasına imkan vermir. Məqsədə uyğundur ki, qısa zaman kəsiyində Bakının Baş planının qəbul edilməsinə diqqət yetirilsin və mövcud infrastrukturun genişləndirilməsi də baş plan çərçivəsində aparılsın. Belə olarsa şəhərdə arxitektor qaydaları da gözlənilər”.

“Yeni Müsavat”a danışan 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirib ki, əslində Bakının baş planının hazırlanmasında əsas üstünlük yerli mütəxəssislərə verilməlidir: “Baş planın hazırlanmasında Bakını bilən, köhnə mütəxəssislərin iştirakı olduqca vacibdir. Hazırda Bakıda tikilmiş olan abidə xarakterli və ya yaşayış binalarının sökülməsi, onların yerində yol salınması uyğun deyil. Çünki bu işlər çox böyük xərc tələb edir. Sovet dönəmində hər kəsi məcbur edirdilər ki, xüsusi proyekt olmasa, beşmərtəbədən artıq şəhərdə tikinti aparılmasın. Ona görə də hamısı eynitipli proyektlər idi. Biz də çalışırdıq ki, şəhərin amfiteatr deyilən mərkəzi hissəsində tikinti aparmayaq və oranı önəmli tikililər üçün saxlayaq. Lakin sonradan şəhəri bilməyənlər gəldi və bu sahədə vahid rəhbərlik də olmadığı üçün torpağı bölüşdürüb satdılar. İndi isə yalnız regenerasiya etmək olar. Ayrı-ayrı obyektləri seçib, nəqliyyat problemini həll etmək üçün sökmək mümkündür. Çünki hazırda Bakıda nəqliyyat məsələsi çox ciddi bir problemdir. Bakının şimal və cənubunda olmaqla iki çıxışı var. Ona görə də Bakının çıxış problemi də əsaslı şəkildə həll olunmalıdır. Yolda hər hansı bir problem yaranan zaman şəhər donur və nəqliyyatın hərəkəti iflic olur. Biz öyrənmişik ki, bir məsələ olan zaman xaricdən ekspert gətirək. Bayılda sürüşmə olan zaman Abid Şərifov deyirdi ki, Yaponiyadan mütəxəssis gətirmişik. Buna yapon lazım deyil axı... Bizim problemi bilən xeyli sayda mütəxəssisimiz var. Onları dinləmək lazımdır. Amerikalı ekspertlərə də milyonlarla vəsait xərclənəcək. Bəzi mütəxəssisləri dəvət etmək olar. Ancaq bütün işi hansısa şirkətə vermək böyük xərc tələb edir. Problem odur ki, keçmiş mütəxəssislərin biliyindən istifadə edən yoxdur. Onlar, sadəcə olaraq, bir kənarda qalıblar, fikir də verən yoxdur”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar