Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp niyə hər kəslə barışsa da, İranla düşmən olmaq istəyir?

Vaşinqtonun Tehranla düşmənçiliyinin səbəbləri barədə...

ABŞ prezidenti bu ilin əvvəlindən iki əsas düşməni ilə bir araya gəldi. Ötən ay Şimali Koreya lideri ilə görüşən Tramp iyulun 16-da Rusiya prezidenti Putinlə də bir araya gəldi. Bununla da Tramp gözlənilənlərin əksinə, müharibə tərəfdarı olmadığını, hətta ən qatı düşmənlərlə “əl sıxışa” biləcəyini ortaya qoydu.

Amma qəribə də olsa ABŞ prezidenti Şimali Koreya və Rusiya ilə barışmağa meylli olsa da, eyni münasibəti İrana qarşı sərgiləmir. ABŞ prezidenti İranla nüvə anlaşmasını ləğv edib, Tehrana qarşı köhnə sanksiyaları bərpa edəcəyini və yenilərini də əlavə edəcəyini bəyan edib. Hətta Vaşinqton İranla neft və digər sahələrdə ticarət əlaqələri olan ölkələri də sanksiyalarla hədələyib.

Doğrudur, İran rəsmiləri Trampın Nyu-Yorkda səfərdə olan İran prezidenti Həsən Ruhaniyə zəng etdiyini etiraf edirlər. Hətta İran Prezident Administrasiyasının Aparat rəhbəri Mahmud Vaeizi deyib ki, ötən il Nyu-Yorkda olan Ruhaniyə Tramp nə az, nə çox, düz 8 dəfə zəng edib, ancaq bu telefon danışığı baş tutmayıb.

Sitat: “Tramp bildirib ki, iranlılar bir neçə dəfə müzakirə üçün əlaqə yaradıb. Lakin tam əksi olub. Ötən il prezident BMT Baş Assambelayasının iclasında iştirak etmək üçün Nyu Yorka getdiyi zaman Tramp prezident Həsən Ruhani ilə görüş üçün 8 dəfə zəng edib. Həqiqət budur, deyilənlər isə fərqlidir. İran şəffaf siyasət yürüdür və ABŞ-la bağlı mövqeyimiz tam aydındır”.

İranda isə ABŞ-ın nüvə anlaşmasından çıxması və sanksiyalarının bərpası ölkə iqtisadiyyatı üçün ağır sınağa çevrilib. Dollar günü-gündən bahalaşır, inflyasiya sürətlə dərinləşir. Hətta vəziyyət o həddə çatıb ki, ölkənin keçmiş prezidenti, “islahatçı” qanadın əsas liderlərindən biri olan Məhəmməd Xatəmi hazırkı hökuməti tənqid edib. Keçmiş prezident deyib ki, hazırkı komanda siyasi məsələlərə başı qarışıb, buna görə də ölkənin iqtisadi problemlərini görmək istəmir. Xatəmi deyib ki, prezident Həsən Ruhani namizəd olarkən verdiyi vədlərin heç birini yerinə yetirməyib.

Baxmayaraq ki, Rusiya Amerika sanksiyaları ilə boğulan İran neftinə 50 milyard sərmayə qoymağı vəd edib və bu, bir qədər sabitlik ümidləri yaratsa da, ümumilikdə hazırda Tehran ciddi iqtisadi sıxıntılar yaşayır. Tramp isə geri çəkilmək fikrində deyil. ABŞ rəhbərliyi İranın neft satışını minimuma endirmək və ölkəni çökdürmək istəyir.

Maraqlıdır, Trampın İrana qarşı bu qədər qəzəbli olmasının arxasında hansı səbəblər var? Yeri gəlmişkən, bir neçə gün əvvəl Amerika mediası Trampın 1978-ci ildə Tehranda restoranda çəkilmiş fotolarını yaydı. İddialara görə, həmin vaxt Tehrana səfər edən Tramp orada kazino açmaq üçün danışıqlar aparırmış. Ancaq İslam inqilabı Trampın bu arzusunu ürəyində qoyub və bəlkə də çəkdiyi xərcləri batırıb. Ancaq təbii ki, Trampın İrana qəzəbli olmasının səbəbi 40 il əvvəl Tehranda itirdiyi pullar deyil, həm də ABŞ-ın və Trampın üstünlük verdiyi maraqlardır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Misal üçün, Tramp İranla nüvə anlaşmasını ləğv edərkən nüvə fəaliyyətləri ilə yanaşı Tehranın Yaxın Şərqdəki fəaliyyəti, “neftdən əldə etdiyi gəlirləri sülhsevər ərəb və İsrail kimi qonşulara hücum edən Hizbullah və digər terrorçu təşkilatlara yardım etməsi” ilə izah etmişdi. Hətta demişdi ki, İranla yeni anlaşma üzrə danışıqlara hazırdır, bir şərtlə ki, yeni anlaşmada İranın raket proqramları və Yaxın Şərqdəki fəaliyyətləri məhdudlaşmalıdır. Təbii ki, Tehran bu ehtimalı rədd edir.

Faktiki olaraq İran indi ABŞ-ın özünün Yaxın Şərqdəki maraqları üçün birbaşa təhlükəyə çevrilib. İranın hazırda Livan, Fələstin (Həmas, İslami Cihad kimi qruplar vasitəsilə - K.R.), İraq, Yəmən, Suriya kimi dövlətlər üzərində ciddi siyasi-ideoloji və hərbi təsiri var. Və bu ölkələrin hər birində İran ABŞ və ya onun müttəfiqləri ilə faktiki olaraq savaşır. Doğrudur, bu nəticə heç də asan əldə edilməyib. İran illərdir ki, Yaxın Şərqdə anti-Amerika və anti-İsrail cəbhəsinin formalaşması və güclənməsi üçün pul xərcləyir, ideoloji və hərbi iş aparır. Ancaq istənilən halda indi müəyyən bir nəticə var və bu nəticə ABŞ-ı, onun bölgə müttəfiqlərini və ən əsası İsraili narahat edir. Bu səbəbdən də məsələyə sadəlövh yanaşıb, hər şeyin İranın nüvə fəaliyyətləri üzərində olduğunu demək olmaz. Ortada daha dərin, ideoloji, siyasi, hərbi, iqtisadi rəqabət var. Bu səbəbdən də mövcud şərtlər davam etdikcə, hər iki tərəfdə ambisiyalı qüvvələrin hakimiyyəti olduqca, bu bölgədə sülh və anlaşmanın olması mümkün görünmür.

ABŞ-ın hazırkı administrasiyası həm özünün, həm də İsrail və ərəb müttəfiqlərinin maraqlarını müdafiə etmək üçün İrana təzyiq göstərməyə çalışır. Çünki Tehran həm özü birbaşa, həm də dəstəklədiyi qüvvələr vasitəsilə Qərbin Yaxın Şərqdəki maraqlarına təhlükə yaradır.

Digər tərəfdən, İran həm də ABŞ-a bölgədə ehtiyac hiss etdirən əsas ölkədir. İran təhlükəsi olmasa, bölgə ölkələrinin daha ciddi gücə, yəni ABŞ-a faktiki olaraq ehtiyacı qalmayacaq. İki il əvvəl Yaxın Şərqin 7 ölkəsinin liderləri Vaşinqtonda toplaşaraq təhlükəsizlik toplantısı keçirmişdilər. Təbii ki, bu toplantını keçirən ərəb rejimləri İranı və onun dəstəklədiyi islamçı siyasi hərəkatları özləri üçün ciddi təhlükə olaraq görürlər. Bu isə ABŞ kimi qüdrətli himayəçiyə ehtiyac yaradır. Məhz Obamanın zamanındakı yumşalma nəticəsində Rusiya bölgəyə sürətlə daxil oldu və faktiki olaraq, təhlükəsizlik, silah alveri sahəsində ABŞ-ın əsas rəqibinə çevrildi. Tramp isə Buşun dövründəki taktikanı davam etdirərək Yaxın Şərqdə ərəb hakimiyyətlərinin əsas qoruyucusu və himayəçisi rolunu oynayır. Bu səbəbdən də İranla düşmənçilik həm də Vaşinqtonun regional siyasətinin vazkeçilməzidir.(“Yeni Müsavat”)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar