Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda tam üzənnə rejiminin tətbiqi real görünmür” – Şərh

“2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacağı qeyd edilir. Qənaətimə görə, 2015-ci ilin dekabr ayında verilmiş və manatın məzənnəsinin valyuta bazarda tələb-təklif əsasında formalaşmasını nəzərdə tutan qərar doğru deyil”

Bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

Ekspert qeyd edib ki, mart ayından bu yana manatın ABŞ dollarına olan məzənnəsi 1,7000 səviyyəsində qalıb:

“Belə məzənnə ancaq fiksə olunmuş siyasətdə mövcuddur. Müqayisə üçün bildirim ki, bizimlə təxminən eyni dövrdə üzən məzənnəyə keçdiyini elan etmiş RusiyaQazaxıstanda milli valyutaların dollara olan məzənnəsi manatda olduğu kimi “daşlaşmış” deyil. 2018-ci ilin birinci yarım ilində Azərbaycanda 1 dolların manata olan rəsmi məzənnəsi 1,7000-1,7001 intervalında qaldığı halda, Rusiyada ABŞ valyutasının rəsmi məzənnəsi 56,9-64,1 rubl, Qazaxıstanda isə 318-343 tenge arasında dəyişib”.

Samir Əliyev qeyd edib ki, əgər bu ölkələrdə məzənnə hətta idarəolunan olsa belə, bu intervalda oynayırsa, Azərbaycanda daha sərt və qeyri-sabit ola bilər: “Azərbaycanda 2020-ci ildə də tam üzənnə rejiminin tətbiqi real görünmür. Nə qədər ki, iqtisadiyyatın neftdən asılılığı yüksəkdir, diversifikasiya olunmayıb manatın Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənməsi daha yaxşıdır”.(Teleqraf.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar