Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada iki il əvvəl törədilmiş cinayətin üstü açılıb

Quba rayonunda iki il öncə törədilən oğurluq faktının üstü açılıb

DİN-in mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il mayın 31-də rayonun Qırmızı qəsəbəsi ərazisində yerləşən evlərin birinə daxil olaraq soyğunçuluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Xanməmmədov saxlanılıb.

Dindirilmə zamanı F.Xanməmmədov istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq qrup təşkil etdiklərini və zərərçəkən şəxsin evinə daxil olduqlarını, ev sahibinin əl və ayaqlarını yapışqan lentlə bağlayaraq 400 ABŞ dolları, bir ədəd brilliant qaşlı qızıl üzük, bir cüt brilliant qaşlı sırğa və iki ədəd qızıl boyunbağı oğurladıqlarını, soyğunçuluq yolu ilə əldə etdikləri əşyaları Bakıda yerləşən qızıl alqı-satqısı məntəqələrində satıb, pulları öz aralarında böldüklərini bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Cinayətdə istifadə olunan gözyaşardıcı sprey, yapışqan lent və kapron bağlama maddi sübut kimi istintaqa təqdim olunub.

F.Xanməmmədovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Məlum olub ki, adı çəkilən şəxs istintaqa məlum olmayan digər şəxslərlə birlikdə bu il iyunun 25-də Quba rayonunda yerləşən “Nizami” adına parkda rayonun I-ci Nügədi kənd sakini S.Qurbanova qarşı xuliqanlıq edib, onu döyərək, sağlamlığına zərər vurublar.

Saxlanılan F.Xanməmmədovun və digər şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Faktlarla bağlı F.Xanməmmədovun barəsində cinayət işi açılıb.

Hadisədə iştirak etmiş digər şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar