Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Baş naziri və İtaliya Prezidenti birgə nahar ediblər

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər

AzərTAc xəbər verir ki, ali qonağı salamlayan Baş nazir Novruz Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Baş nazir deyib ki, İtaliya Prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Səfər çərçivəsində keçirilən səmərəli görüşlər, imzalanan sənədlər, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən polipropilen zavodu, Azərbaycan-İtaliya biznes forumu ölkələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açacaq.

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərinin çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb, ölkələrimizin münasibətlərinin bundan sonra da dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyini diqqətə çatdırıb.

Səmimi söhbət zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya dövlətinin başçısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edilib, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində əməkdaşlığın perspektivləri haqqında müzakirələr olub.

pia.az


Etiket: ziyafət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar