Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yəhudi milli dövləti qanuni”:Artıq İsrail irqçi siyasətini ört-basdır edə bilməyəcək

Cümə axşamı, iyulun 19-da İsrail hökuməti “Yəhudi milli dövləti” qanununu rəsmi olaraq qəbul edib

İsrailin baş naziri Binyamin Netanyahu Knessetin yay tətilinə çıxması ərəfəsində bu qanunu təsdiqlədib.

Netanyahu Knessetə səs verdikdən sonra deyib: “Bu, sionizm və İsrail dövlətinin tarixində həlledici andır. Biz qanunla öz mövcudluğumuzun baza prinsiplərini gücləndiririk. İsrail yəhudi xalqının milli dövlətidir və o öz vətəndaşlarının fərdi haqlarına hörmətlə yanaşır. Yaxın Şərqdə bu haqqa hörmətlə yanaşan yalnız bizik”.

Təşəbbüs İsrail gündəmini zəbt edib, qanunun tərəfdarları və əleyhdarları arasında çılğın mübahisələrə səbəb olub.

Ötən Çərşənbə axşamı günü prezident Reuven Rivlinin qanuna xas olan təhlükələr, yəni onun yalnız yəhudi icmalarının mövcudluğunu qorumaq və təşviq etmək üçün nəzərdə tutulması ilə bağlı xəbərdarlıq edən açıq məktubu yayımlanıb.

Lobbi səyləri

Səsvermə ərəfəsində bir sıra yəhudi-amerikalı liderlər lobbiçilik səylərini gücləndirməklə, Netanyahuya qanun layihəsinin qəbulu ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırıblar.

Bu səylər, təəssüf ki, İsrailin “yəhudi dövləti” statusunun həmişə qanunvericilik və praktikada əks olunduğunu və 1948-ci ildən bəri fələstinlilərə necə təsir etdiyini kifayət qədər nəzərə almayıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İsraildə bir çox ayrı-seçkilik qanunları var və ölkədə yalnız yəhudi icmaları yaratmaq üçün qanuni yollar çoxdur. Hüquq bərabərlik mövcud deyil və İsrail bütün vətəndaşlarının dövləti sayılmır. Müstəqillik Bəyannaməsi Konstitusiya qanunu deyil və Əsas Qanunda “yəhudi dövləti”ndə qeyri-yəhudi vətəndaşların bərabərliyinin qorunması əks olunmayıb.

2012-ci ildə BMT xüsusi məruzəçisinin söylədiyi kimi, İsrail hakimiyyəti “azlıqları istisna, onlara ayrı-seçkilik edən ərazi inkişafı modelini” təqib edir. BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi “qeyri-yəhudi icmalarına qeyri-mütənasib təsir göstərən torpaq məsələləri üzrə bir sıra ayrı-seçkilik qanunlarının qəbul edilməsini” vurğulayıb.

Həqiqətən, Cümə axşamı qəbul edilən qanunu tənqid edən yəhudi icmalarının problemi “qəbul komissiyaları”nın rolu sayəsində İsraildə bu cür ayrı-qövmdən olan yüzlərlə icmaya istinad etmədən müzakirədir.

“İsrailin sonu”

On il əvvəl “Human Rights Watch” bu komissiyaların “hökumət və cəmiyyət nümayəndələri, yəhudi-sionist təşkilatları səlahiyyətlilərdən ibarət olduğunu və ərəblərin kənd yerlərində yəhudi icmaları ilə yanaşı yaşamalarına qarşı istifadə olunduğunu” bildirib.

İsrailin Demokratiya İnstitutunun təmsilçisi Mordekay Kremnitserin iddia edib ki, onilliklərin institutlaşdırılmış ayrı-seçkiliyi və yeni qanun “İsrailin yəhudi və demokratik dövlət kimi sona çatması” deməkdir.

Yeni qanunda hüquqi və siyasi cəhətdən yenilikləri nəzərdə tutur. Yəhudilərə verilən hüquqlar Konstitusiyada irqçi prinsipləri möhkəmləndirəcək.

Qərb mətbuatı İsrailin tənqidçiləri ilə aşıb-daşır. Buna baxmayaraq, “yəhudi və demokratik” dövlətdə fələstinli vətəndaş təcrübəsinin yoxluğu şəraitində bu qanunun ümumiyyətlə nə üçün təklif olunduğuna aydınlıq gətirilməyib.

“Yəhudi millət dövləti” qanunu Likud və “Yəhudi Evi”, yaxud Netanyahu və Naftali Bennett arasında hüquqi mübarizənin məhsulu deyil. Bununla yanaşı, o, əsasən son 20 ildə fələstinli vətəndaşlarının öz milli kimliyini təsdiq etməsinə zidd və bütün vətəndaşların İsraili tanıması tələbi istiqamətində səydir.

Beynəlxalq örtük

“Shin Bet”in sabiq başçısı Avi Dixter hələ 2011-ci ildə “Yəhudi milli dövləti” qanununu parlamentdən keçməyə çalışdıqda, israilli jurnalist Lahav Harkov “Jerusalem Post” qəzetində bu təşəbbüsü tərifləyib, onu “ölkə daxilində və xaricində İsrailin tanınması kampaniyası”nın bir hissəsi adlandırıb.

Beləliklə, İsrailin əsl bərabərlik tələb edən fələstinli vətəndaşlarına cavabı – ayrı-seçkiliyin iki dəfə artması, “yəhudi dövlətinin” mövcudluğunu və daha da aydın şəkildə müdafiə olunmasını və qanuni şəkildə qorunmasını təmin etməkdir.

Qanun layihəsinin əleyhinə olan əsas dəlil, “demokratik” İsrailin tənqidçilərinin dediyi kimi, “yəhudi və demokratik” dövlətin yoxluğudur.

İsrailli baş prokuroru və yəhudi-amerikalı lider ravvin Rik Ceykobsun xəbərdarlıqlarında qeyd olunduğu kimi, perspektivdə İsrail uzun müddətdir həyata keçirdiyi institusional ayrı-seçkiliyə artıq heç bir beynəlxalq örtük olmayacaq.

Demoqrafik müharibə

Orli Noy ötən həftə “972” jurnalında yazmışdı ki, “İsraildə sionizmin əsl siması – fələstinli vətəndaşlarına qarşı davamlı, sonsuz demoqrafik müharibədir. Əgər İsrail yəhudi və demokratik olmağa çalışırsa, o, yəhudi əksəriyyəti fəal şəkildə təmin etməlidir”.

“Yəhudi milli dövləti” qanunu bu tarixi və davamlı demoqrafik müharibənin bir hissəsidir – bu, fələstinli vətəndaşların fəallığı əleyhdarlığı və onu boğmaq səydir.

Bir sözlə, yeni qanunla İsraildə – çay və dəniz arasındakı dövlətdə aparteid reallığının əksini görmək artıq çətin deyil.Ben Vayt

“Middle East Eye”

Tərcümə: Strateq.az

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar