Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin üstündə “Xəncər” daşıyan Rusiya qırıcıları uçur

Rusiyanın hipersəs sürətli “Xəncər” raketləri daşıyan MiQ-31 qırıcıları Xəzər dənizi akvatoriyasının üzərində növbə çəkir

Bu haqda Rusiya Müdafiə Nazirliyindən “İnterfaks”a bildiriblər.

Məlumatda deyilir ki, “Xəncər” (“Kinjal”) kompleksi daşıyan qırıcılar strateji çəkindirmə tədbirləri çərçivəsində bu ilin aprel ayından Xəzər dənizi üzərində “planlı növbətçilik” həyata keçirir.

Hipersəs sürətli “Kinjal” raket kompleksi bu ilin mart ayında prezident Vladimir Putin tərəfindən ilk dəfə təqdim edilən supersilahlardan biridir. Bu, “İsgəndər” operativ-taktiki raketinin bazasında yaradılmış və 2 min kilometrdən çox uçuş məsafəli “hava-yer” tipli raketdir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Rusiya həmin silahı təyyarədaşıyan gəmi qruplaşmasını sıradan çıxarmaq üçün işləyib hazırlayıb. Eyni zamanda raket yerüstü hədəflərə kifayət qədər uzaq məsafədən zərbə endirməyə də imkan verir və istənilən raketdən müdafiə sistemlərini dəf etmək imkanındadır. Çünki səsdən 10 dəfə iti uçur və bütün uçuş trayektoriyası boyu manevr edir. Raketin uçuş məsafəsi imkan verir ki, MiQ-31 qırıcısı rəqibin hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasına daxil olmadan "Xəncər"in buraxılışını həyata keçirsin və bazaya geri dönsün.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl “Xəncər” daşıyan MiQ-31 qırıcılarının Cənub Hərbi Dairəsində döyüş növbətçiliyinə qəbul edildiyini açıqlamışdı. İndi isə dəqiqləşdirilir ki, bu raketləri daşıyan qırıcılar Xəzər dənizi akvatoriyası üzərində döyüş növbətçiliyi çəkir. Lakin silahlanmaya yeni qəbul edilən bu supersilahın nədən məhz Xəzər üzərində döyüş növbətçiliyinə daxil edildiyi məlum deyil, çünki bu rayonda Rusiyanın potensial rəqibi olan ABŞ-ın təyyarədaşıyan qruplaşması mövcud deyil.

Agentliyin digər məlumatına görə “Xəncər” raketlərinin Tu-22M3 uzaq məsafəli strateji bombardmançılarında da tətbiq edilməsi məsələləri işlənib hazırlanır. Bu barədə Rusiyanın Hava Kosmik Qüvvələrinin baş komandanının müavini Sergey Dronov “İnterfaks”a bildirib.

“Strateji aviasiyasının heyəti ilə birlikdə iyulun birinci ongünlüyündə “Xəncər” raketi ilə yerüstü və dəniz hədəflərinin vurulmasına dair praktiki fəaliyyətin sınaqdan keçirildiyi uçuş-taktiki təlimləri olub”-Dronov bildirib. Rusiya Müdafiə Nazirliyi bu təlimlərin görüntülərini də yayıb.

Rusiya Müdafiə Nazirliyi Putinin martın 1-də təqdim etdiyi supersilahlardan daha birini-“Avanqard” raket kompleksini də silahlanmaya qəbul etməyə hazırlaşır. Bu, 20 Max sürətlə uçan, ətrafında alov kürəsi yaradan və idarəedilən, istənilən mövcud və perspektiv raketdən müdafiə sistemini dəf etmək imkanında olan raket kompleksidir. Strateji təyinatlı raket qoşunlarının komandan müavini, general-mayor Sergey Poroskun bu gün keçirdiyi brifinqdə belə deyib. Öz növbəsində Müdafiə Nazirliyindən deyiblər ki, kompleks strateji təyinatlı raket qoşunlarının Orenburq vilayətində yerləşən Dombarovsk birləşməsində istismar olunacaq və artıq hazırlıqlar gedir. Bazada yeni raket kompleksini yerləşdirmək üçün binalar tikilir, köhnə binalar rekonstruksiya olunur, raketin istismarı və döyüş tətbiqi üçün zəruri şərait yaradılır. Nazirlikdən onu da deyiblər ki, “Avanqard” raketinin seriya istehsalı başlayıb.

“Bu qanadlı döyüş bloku qitələrarası məsafədə Max ədədini 20 dəfədən çox keçən sürətlə hərəkət edir. Onun raketdən müdafiə sistemləri tərəfindən tutulması mümkün deyil”-nazirlikdə deyiblər.

Rusiyanın bu yeni supersilahları Qərblə hərbi sahədə strateji tarazlığı birincinin xeyrinə dəyişir və həmin silahların sayəsində Rusiya qlobal supergücə çevrilməyi nəzərdə tutur.(virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar