Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanı “Harop”la təchiz edən İsrail şirkəti bu dəfə unikal zərbə kvadrakopteri hazırladı

İsrailin “İsrael Aerospace İndustries” (İAİ) şirkəti bu günlərdə özünün yeni pilotsuz zərbə-kəşfiyyat sistemini təqdim edib

 “İsrael Defense” saytı xəbər verir ki, şirkətin təqdim etdiyi “Rotem” zərbə kvadrakopteri miniatür hədəflərə maksimal dəqiqliklə qəfil hücum etməyə imkan verir.

Silahın nümayişi sərt hava və səhra şəraitində keçirilib. İAİ bildirir ki, “Rotem” bu cür mürəkkəb şərtlərdə hədəfi maksimal cəld aşkar edərək ona effektiv reaksiya verib.

“Rotem” yüngül, döyüş başlıqlı “kamikadze”dir, şaquli qalxıb-enmə imkanlarına malikdir. Bununla da “Rotem” kəşfiyyat, kəşfiyyat-müşahidə və hücum missiyaları üçün işə yarayır.

Kvadrakopter heç bir əlavə vasitələrin köməyi olmadan bir neçə saniyə ərzində havaya qaldırılır. “Rotem”i bir hərbçi daşıya, havaya qaldıra və idarə edə bilir. Kiçikqabaritli pilotsuz sistem bir neçə avtomatik rejimə malikdir. O cümlədən missiya təxirə salınarsa avtonom rejimdə geriyə dönür, hədəfi avtonom rejimdə aşkarlayır və zərbə endirir, habelə avtomatik rejimdə havaya qalxa və enə bilir. Pilotsuz sistemi fəal missiya zamanı, yəni havada olanda dinamik şəkildə başqa hədəfə yönləndirmək də mümkündür.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“İAİ Systems” şirkətinin baş meneceri Boaz Levi bildirib ki, “Rotem” malik olduğu unikal imkanlar sayəsində döyüş meydanında yaranmış təhdidlərə qarşı çevik, dəqiq və əlçatımlı cavab vermək üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, çoxsaylı imkanları sayəsində “Rotem” yerüstü müharibələrdə unikal platformadır.

Xatırladaq ki, “İAİ Systems” şirkəti Azərbaycanı pilotsuz kəşfiyyat aparatlarının bir neçə tipi, o cümlədən “Harop” zərbə pilotsuz aparatı və “Orbiter 1K” ilə təchiz edir. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusu “Harop” pilotsuz zərbə aparatını düşmənə qarşı ilk dəfə tətbiq edib. İstisna deyil ki, pilotsuz kəşfiyyat və zərbə sistemlərinin geniş çeşidinə malik olan Azərbaycan “Rotem” zərbə kvadrakopterinə də maraq göstərəcək.(Virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar