Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsrail yalnız yəhudilərə aiddir” –Parlament yeni qanun qəbul etdi

İsrail parlamenti İsrail dövlətinin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib

Parlamentdə qəbul edilən qanuna əsasən, İsrail bundan sonra yəhudi xalqının evi sayılır və yalnız yəhudilər dövlətin hüdudlarında öz milli müqəddəratını həll etmək haqqına sahib olurlar.

Qanunda həmçinin yalnız ivrit dilinin dövlət dili hesab edildiyi və ərəb dilinə isə xüsusi status verildiyi bildirilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İsrail Baş naziri Benyamin Netanyahu da qanunla bağlı çıxış edib:

“Bu, sionizm və İsrail dövlətinin tarixində həlledici andır. Biz qanunla öz mövcudluğumuzun baza prinsiplərini gücləndiririk. İsrail yəhudi xalqının milli dövlətidir və o öz vətəndaşlarının fərdi haqlarına hörmətlə yanaşır. Yaxın Şərqdə yeganə olaraq bu haqqa hörmətlə yanaşan bizik”.

Yeni qanun ərəblər arasında kəskin narazılığa səbəb olub. Qanunun parlamentdə qəbulu zamanı ərəb deputatlar nümayişkaranə şəkildə bunun diskriminasiyaya səbəb olacağını bildiriblər. Onlar həmçinin Netanyahuya qarşı “aparteid” şüarları səsləndiriblər.

Qanun layihəsinin əleyhinə ərəblərlə bərabər sol və mərkəzçi partiyalar da qarşı çıxıb/Axar.az.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar