Bu gün saat 10 radələrində Yasamal rayonu İ.Qurtqaşınlı küçəsində yerləşən "Altes Plaza" yaşayış və biznes mərkəzində yanğın başlayıb
Hadisə yrinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Yanğından Mühafizə Xidmətindən Lent.az-a bildirilib ki, binanın damından tüstü qalxıb, lakin açıq alov müşahidə edilmir. Hazırda yanğın yerinin müəyyənləşdirilməsi və söndürülməsi istiqamətində iş aparılır.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
pia.az