Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mark Zukerberq: "Mən yəhudiyəm, amma..."

“Facebook” sosial şəbəkəsi istifadəçilərin Holokostu (yəhudi soyqırımı) inkar edən şərhlərini silməkdən imtina edib

Bunu “Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberq “Recode” saytına müsahibəsində deyib.

“Mən yəhudiyəm və bəzi insanlar var ki, Holokostun baş verdiyini inkar edirlər. Mən bunu ciddi həqarət kimi qəbul edirəm, lakin hesab etmirəm ki, bizim platforma bu cür iddiaları silməlidir. Sadəcə olaraq, mən düşünürəm ki, bəziləri müəyyən şeyləri yanlış bilir və şərh edir”, - deyə M. Zukerberq söyləyib.

M. Zukerberq hesab edir ki, yalan informasiyalar yayan bütün istifadəçilərin bunu qəsdən və şüurlu şəkildə etdiyinə inanmır: “Onlar yanlış məlumatlandırılmış ola bilər. Mən düşünmürəm ki, “Facebook”da nəyin doğru, nəyin yanlış olduğuna qərar verən insanlar olmalıdır”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

M. Zukerberq bəzən çıxışlarında siyasətçilər və dövlət xadimləri kimi, özünün də yanıldığını söyləyib.

“Facebook” rəhbərinin bu açıqlamaları bir çox sosial şəbəkə istifadəçiləri və yəhudi təşkilatları tərəfindən tənqid edilib. Antisemitizmlə mübariz aparan ABŞ-ın Antidiffamasiya Liqası bildirib ki, Holokostun inkarı antisemitlərin (yəhudi düşmənləri) çoxdankı şüurlu və qərəzli taktikasıdır: “Şübhəsiz ki, bu, yəhudilərə zərər vuran və onlara təhdid yaradan nifrət mövqeyidir”.

Tənqidlərdən sonra M. Zukerberq əlavə açıqlama ilə çıxış edib. O qeyd edib ki, Holokostun inkarına haqq qazandırmaq istəməyib, sadəcə olaraq, sosial şəbəkənin siyasətini izah edib: “Mən şəxsən Holokostun inkarını təhqir sayıram və bu mövqedə olan insanları müdafiə etmək fikrində deyiləm”.

M. Zukerberqin sözlərinə görə, “Facebook”un vəzifəsi yalan xəbərlərin dərc olunmasını dərhal əngəlləmək deyil, bu tip xəbərlərin sosial şəbəkədə yayılmasının qarşısını almaqdır.(lent.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar