Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3D-li smartfon satışları artacaq

"Sigmaintell" analitik şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə dünya bazarına "3D" skanetmə funksiyasına malik 100 milyondan çox smartfon tədarük olunacaq

"Apple" şirkəti belə qurğuların əsas tədarükçüsü olacaq. Amma mütəxəssislər bildirirlər ki, Çinin "Xiaomi", "Oppo" və "Vivo" kimi brendləri öz qurğularında, həmçinin "3D" skanetmə funksiyasını tətbiq edəcəklər.

 ICTnews bildirir ki, "Apple" şirkəti 2017-ci ildə ilk dəfə qabaqcıl "iPhone X" smartfonunda sifətin "3D" skanetmə texnologiyasını tətbiq edib. Gözləntilərə görə, istifadəçini müəyyənləşdirməyə, ekranı blokdan çıxarmağa, həmçinin mobil ödənişləri həyata keçirməyə imkan verən bu funksiya ABŞ şirkətinin 2018-ci ilin payızında təqdim ediləcək 3 yeni modelində də mövcud olacaq.

"Apple" şirkətini addımbaaddım izləyən "Xiaomi" və "Oppo" şirkətləri, həmçinin yaxın vaxtlarda sifətin "3D" tanınması texnologiyasına malik smartfonlarını təqdim ediblər.

Cari ilin iyununda keçirilmiş "MWC Shanghai 2018" sərgisində "Vivo" şirkəti tərəfindən nümayiş etdirilmiş "Time-of-Flight 3D" adlı innovativ texnologiya "Apple" şirkətinin "Face ID" 3D skanetmə funksiyasını geridə qoymalıdır. Çin istehsalçısı iddia edir ki, onun tərəfindən hazırlamış "3D" skaner skanetmə zamanı istifadəçinin sifətinə 300 min nöqtədən ibarət tor proyeksiya edir. Müqayisə üçün, "iPhone X" smartfonu yalnız 30 min nöqtədən istifadə edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar