Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan minaaxtaranları hesabat verdi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Virtualaz.org-un məlumatına görə, tədbirdə ANAMA-nın rəhbərliyi, Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri iştirak ediblər.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov bildirib ki, Agentliyin 20 illik fəaliyyəti ərzində 529 091 352 kv.m (52 909.13 ha) ərazi təmizlənib, 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Direktorun sözlərinə görə, 1998-ci il 18 iyulda ANAMA-nın yaradılması Azərbaycanda mina və PHS probleminin həlli istiqamətində atılan ilk addım olub: "Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə - minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. O cümlədən, ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

O, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonra çıxış edən Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin təbrikini çatdırıb.

Prezidentin köməkçisi qeyd edib ki, Agentlik fəaliyyətə başladığı dövrdə digər qurumlarla təcrübə mübadiləsi aparıb. O, ANAMA-nın 20 illik fəaliyyətini müsbət qiymətləndirib.

Tədbir çıxışlarla davam edib.

Tədbirin sonunda ANAMA barədə video-çarx nümayiş olunub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar