Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları

Sosial şəbəkələrdə ötən bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməni diversantının hərbi geyimdə və əli silahlı fotoları yayılıb

Bu fotolar Ermənistan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarını tamamilə alt-üst edir.

Həmin bəyanatlarda deyilirdi ki, Azərbaycan ordusunun bölmələri tərəfindən iyulun 15-də əsir götürülən 1984-cü il təvəllüdlü Karen Kazaryan Tavuş vilayətinin Berdavan kəndinin mülki sakinidir. Heç vaxt Ermənistan silahlı qüvvələrində xidmət etməyib, çünki xidmətə yararsızdır. Və 2013-cü ildən etibarən xüsusi müalicə müəssisəsində qeydiyyatdadır. Erməni tərəfinin bəyanatlarına əsasən Karen Kazaryanın əqli cəhətdən qüsuru var.

Lakin “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi xəbərlər” qrupu Karen Kazaryanın əynində Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrinin formasında və tam döyüş təchizatı ilə Azərbaycanla sərhəddəki postlardan birində çəkilmiş fotolarını yayıb. Həmin fotolara əsasən Kazaryan əlində avtomat postda növbə çəkir. Digər fotoda isə o xüsusi təyinatlıların avtomobilinin qarşısında dayanıb. Başqa fotoda isə Kazaryanı erməni hərbi jurnalist və kinorejissor Arшak Zakaryanın da yer aldığı qrupun əhatəsində görmək olar. Bu fotolar çox güman ki, Kazaryanın sosial şəbəkə hesablarından götürülüb. Ermənistan Müdafiə Nazirliyi və XİN isə Kazaryanın ağıldankəm mülki sakin olduğu haqda bəyanatlar verməzdən əvvəl bu fotoların yığışdırılmasını yaddan çıxarıb.(virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar