Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü qeyd edilib

İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu ölkənin aparıcı qəzet, televiziya və elektron informasiya vasitələrinin nümayəndələri iştirak ediblər

Tədbiri giriş sözü ilə açan Asif Əsgərov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib: “Hər il milli mətbuatımızın yaranmasını gününü jurnalistlər birlikdə qeyd edirik. Bu il də ənənəvimizə sadiq qalıb, sizinlə sıx təmasda olmaq istədik. Burada bizə tənqidi yanaşan, gördüyümüz işləri işıqlandıran, sayt və qəzetlər, eyni zamanda televiziya kanallarımızın jurnalistləri, eyni zamanda mətbuatımıza çox böyük dəstək olan insanlar iştirak edirlər. Hər birinizi salamlayır, Milli Mətbuat Günü münasibətilə sizləri təbrik edirəm”.

İcra başçısı Nəsimi rayonu ərazisində gördükləri işlər, yeni layihələri və gələcək planları barəsində jurnalistlərə geniş məlumat verib. O bildirib ki, Nəsimi rayonunda vətəndaşların rahatlığı üçün bütün lazımı tədbirlər görülür, onların şikayətləri əsasında işlər aparılır, nöqsanlar aradan qaldırılır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Daha sonra isə söz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verildi. V.Səfərli tədbiri təşkil etdikləri üçün Nəsimi rayon icra başçısı Asif Əsgərova təşəkkürünü bildirib, jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etdi. Vüqar Səfərli Azərbaycan mətbuatının tarixi, müstəqillik illərindən sonra mətbuata göstərilən qayğıdan da danışdı.

O, bildirdi ki, 2010-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün binanın tikilməsi haqqında sərəncam imzalandı: “Həmin dövrdə Asif müəllim Səbail rayon icra başçısı idi. Məhz onun dövründə biz birinci binanı başa çatdırdıq və jurnalistlərin istifadəsinə verdik. Ötən il isə cənab prezidentin də iştirakı ilə 2-ci binanın açılışı oldu. Açılış günü ikinci bir şad xəbər də aldıq ki, cənab prezident jurnalistlər üçün 3-cü binanın da tikintisi ilə bağlı sərəncam imzalayıb. Artıq 3-cü binanın 3-cü mərtəbəsində tikinti işləri aparılır və 2020-ci ildə bina təhvil veriləcək”.

V.Səfərli həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 5000-dən çox mətbuat orqanı qeydiyyatdan keçib: “Medianın maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial vəziyyəti daim dövlətin diqqətindədir. Bu günə qədər KİVDF-yə dövlət tərəfindən 35 milyon manat vəsait ayrılıb və bu vəsait medianın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf olunub”.

Daha sonra isə söz Vüqar Rəhimzadə və Hikmət Babaoğluna verildi. Onlar da çıxış edərək, jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etdi.

Çıxışlardan sonra tədbirdə iştirak edən KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar