Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib - Fotolar

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 22 iyul Milli Mətbuat Günü münasibəti ilə "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan MEK-in direktoru Leyla İmanova MEK-in milli mətbuat ilə informasiya resurslarını birləşdirilməsini, "təhlükəsiz informasiya" prinsiplərinin formalaşdırılmasını, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsini, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılmasını təklif edib: "Sayt rəhbərləri bizə müraciət edərkən bildirirlər ki, 10 il əvvəl saytda gedən materialı arxivdən əldə edə bilmirlər. Yaxud saytın administratoru artıq Azərbaycanda fəaliyyət göstərmir. Ona görə də sizin arxiv və fondları sığortalamaq üçün onları sistemləşdirilmiş şəkildə araşdırıcılarımızın istifadəsinə vermək üçün,eyni zamanda fondlarını zənginləşdirmək üçün təklif edirik ki, fondlarımızı birləşdirək. Bu təklif informasiyaların texniki təhlükəsizliyi üçün verilmiş təklif idi. İkinci təklifimiz informasiyanın tam təhlükəsizliyinə aiddir. Azərbaycan çox çətin siyasi-tarixi şəraitdə yaşayır və biz küllü şəkildə informasiya hücumuna məruz qalırıq. Çox vaxt bu təcavüzləri cavablandırmaq istəyəndə bizim etibarlı mənbələrimiz olmur. MEK təklif edir ki, etibarlı, elmi cəhətdən tarixi və mədəni abidələrin sənədlərinə əsaslanan rəqəmsal baza yaradaq. MEK həm də təhlükəsiz informasiya prinsiplərini də formalaşdırmağı təklif edir. Bu prinsipləri bütün kiv-ləri sosial şəbəkələrdə, saytlarda Azərbaycan barədə gedən məlumatları yerləşdirən qurumlara tələb kimi irəli sürətlə icrasına nəzarət edək. Bu təkliflərə media qurumları tərəfindən dəstək gözləyirik".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sonra çıxış edən Sərbəst elektron resursları iş şöbəsinin əməkdaşı Gülarə Səbzəliyeva Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən redaktə edilmiş məqalələr haqda geniş məlumat verib. O bildirib ki, könüllülər tərəfindən 143 məqalə yaradılıb və əsaslı şəkildə redaktə edilib.

MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-in media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəsi barədə məlumat verib.

Bildirib ki, bu, MEK-in 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş təşəbbüsüdür: "MEK Azərbaycan dövlətçiliyinin maraqları baxımından strateji hədəf olan informasiya təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini təbliğ edən, mətbuat haqqında qanunlara və jurnalist etikasına söykənən media qurumlarını və müəllifləri ictimaiyyətə təqdim edəcək. Ənənə xarakteri daşıyacaq layihənin ilk mərhələsi 2018-ci il 1 sentyabr - 30 noyabr tarixini əhatə edəcək. Layihə şərtlərinə cavab verən media qurumları və jurnalistlər MEK tərəfindən mükafatlandırılacaq".

Daha sonra Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli media və MEK-in əməkdaşlığından danışıb: "Azərbaycan jurnalistləri həm qələmləri, həm canları ilə çalışıb, Azərbaycanın ikinci dəfə müstəqilliyə əldə etməsində yaxından iştirak ediblər. Son hadisələr zamanı Azərbaycan mediasının sərgilədiyi mövqe hamımıza bəllidir. Azərbaycanda sabitliyin qorunmasında, ictimai rəyin formalaşmasında Azərbaycan mediasına təşəkkür düşür. Bu da həm vətəndaşlar, həm də ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir".

Tədbirin sonunda MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına,o cümlədən Musavat.com saytına təşəkkürnamə və kitabxananın 1 illik oxucu kartı təqdim edilib.

pia.az

Fotolar




Etiket: media

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar