Türkiyənin Siyirt bölgəsində bölgə polis komandanlığı tərəfindən Eruh rayonunun Akmeşe kəndində pilotsuz təyyarə vasitəsi ilə yerləri müəyyənləşdirilən bir qrup PKK terrorçusuna qarşı hava dəstəkli əməliyyat təşkil olunub
Yerli KİV bildirir ki, əməliyyatda ikisi qadın olmaqla 4 PKK terrorçusu məhv edilib.
Əməliyyat-axtarış nəticəsində minamyot, pulemyot, 3 “Kalaşnikov” avtomatı, çox sayda silah, döyüş sursatı və partlayıcı maddələr ələ keçirilib.
Bölgədə hava dəstəkli əməliyyat davam edir.(Virtualaz.org)
pia.az